İŞİD: Terror ordusunun iç üzü
Qiymətləndirmək

«İŞİD: Terror ordusunun iç üzü»

Maykl Vays və Hassan Hassan

Kateqoriya : Siyasət və iqtisadiyyat

Bu kitab nə haqqındadır?

“İŞİD: Terror ordusunun daxilində” kitabında amerikalı jurnalist Maykl Vays və Suriyali analitik Hassan Hassan bu ekstremistlərin demək olar ki, məğlub olmuş suriya üsyançı qrupundan qərb əsirlərinin başını üzən və ərazisinə görə Böyük Britaniyaya bərabər ərazini fəth edən beynəlxalq könüllülərdən ibarət cihad ordusuna necə çevrilməsini izah edir. İŞİD-in ilk lideri Əbu Musab Zərkavidən  (İŞİD-in ilk təcəssümü olan “Əl-Qaidə İraqda” təşkilatının yaradıcısı) başlayaraq kitabın müəllifləri –  Vays və Hassan bu kimi məsələlərə aydınlıq gətirir: əsas fiqurlar kimlərdir (ələkeçməz lider Əbu Bəkr əl-Bağdadidən tutmuş Səddama qədər), onlar harada doğulublar, bu hərəkata həm yerli, həm də qlobal dəstək hansı yolla cəlb olunur və maliyyə yardımını haradan alırlar.   


Müəllif haqqında:

Maykl Vays – Foreign Policy, The Daily Beast və Liviya Bu Gün nəşrlərinin jurnalistidir. Bundan əlavə Müasir Rusiya institutunun əməkdaşı və Theİnterpreter onlayn jurnalının redaktorudur.

Hassan Hassan – Yaxın Şərq üzrə mütəxəssis, The Guardian, Foreign Policy, Foreign Affairs, The New York Times nəşriyyatlarının jurnalistidir. 

Qısa məzmunun dili: azərbaycan dilində

Yeni bestsellerlər və “must read” kitablar qısa məzmunda