Bütün xəstəliklərin şahı: Xərçəngin bioqrafiyası
Qiymətləndirmək

«Bütün xəstəliklərin şahı: Xərçəngin bioqrafiyası»

Siddharta Mukerci

Kateqoriya : tarix və bioqrafiya

Bu kitab nə haqqındadır?

2011-ci il Pulitzer mükafatının sahibi olan “Bütün Xəstəliklərin Şahı” əsəri möhtəşəm bir xərçəng “bioqrafiyasıdır”: O xəstəliyin ilk dəfə rast gəlindiyi minlərlə il əvvəldən onu müalicə etmək, nəzarətdə saxlamaq və məğlub etmək üçün mübarizənin aparıldığı 20-ci əsrə və xəstəliyə tamamilə yeni aspektdən yanaşdığımız müasir dövrümüzə qədər bütün dövrləri əhatə edir. “Bütün Xəstəliklərin Şahı” xərçəngin sirrini tapmaq üçün çalışaraq, insanlara ümid və aydınlıq verən, cəlbedici, təsirli və çox vacib bir kitabdır.


Müəllif haqqında:

Siddharta Mukerci xərçəng mövzusunda mütəxəssisləşmiş tibb doktoru və tədqiqatçıdır. Kolumbiya Universitetində köməkçi dosentlik, Kolumbiya Universiteti Tibb Mərkəzində isə tibb doktorluğu vəzifəsində işləyir. Rhodes Təqaüdü'nə layiq görülən müəllif Stanford Universiteti, Oxford Universiteti və Harvard Tibb Məktəbi məzunudur. Nature, The New England Journal of Medicine, The New York Times MagazineThe New Republic jurnallarında dərc olunan məqalələri var.

Qısa məzmunun dili: azərbaycan dilində

Yeni bestsellerlər və “must read” kitablar qısa məzmunda