"Ultramillətçi yoxsa qisasçı lider?" kitabının qısa məzmunundan bir hissə

Gənc Vladimir Putin idmançı idi, tez hirslənir və casus olmaq arzusunda idi.

Vladimir Vladimiroviç Putinin həyatı ikinci dünya müharibəsindən sonrakı illərə təsadüf edir. O vaxt Leninqrad (Sankt-Peterburq) və onun sakinləri bombardmanların nəticələri ilə mübarizə aparırdı. Məhz bu soyuq mühitdə Putinin aqressivliyə və zorakılığa meylliliyi formalaşmağa başladı.

Putinin ailəsi müharibədən zərər çəkmişdi: onun atası ayaqlarını zədələmiş və iki övladını itirmişdi. 1952-ci ildə isə Putin anadan oldu.

Onun ailəsi 20 kv. m. sahəsi olan kiçik bir otaqda yaşayırdı. Putin bu yeri 25 yaşına kimi ev adlandırıb.

Hələ uşaq olarkən, Putin tez qəzəblənirdi. O, öz aqressiyasının böyük hissəsini Sambo döyüş növünə yönəldir və tez-tez döyüşlərdə iştirak edirdi; bunun nəticəsi olaraq gənc kommunistlər təşkilatından kənar edildi.

Hər halda gənc yaşlarında Putinin həyatı yalnız çətinliklərlə müşaiyət olunmayıb. Ailənin telefonu, televizoru və yay üçün şəxsi mühiti var idi. Sual olunur, onlar özlərinə bu dəbdəbəni necə təmin edirdilər?

Putinin atası ikinci dünya müharibəsində iştirak edən zaman o zamankı gızli dövlət polisi – NKVD ilə əlaqələri var idi. Müharibədən sonra o aktiv ehtiyatda qalmaqla həm fabrikdəki işini qorudu, həm də məlumat əvəzində gizli polisdən ödəniş alırdı.

Təqribən bu zaman Putin casusluqla maraqlanmağa başlayır. Putin 16 yaşı tamam olduqdan sonra işə düzəlmək üçün xüsusi xidmət orqanına – KQB-yə müraciət edir.

Amma ona bildirirlər ki, o, xüsusi xidmət orqanlarına bakalavr dərəcəsini alandan sonra və ya hərbi xidmət təcrübəsinə yiyələnəndən sonra qoşula bilər. Beləliklə, nümunəvi tələbə olmasa da, Putin Leninqrad universitetinə müraciət edib və ora qəbul olunur. 

 

“Ultramillətçi yoxsa qisasçı lider” (The man without a face) ​ kitabının qısa məzmununu tam olaraq burada oxuya bilərsiniz.   


Bütün xəbərlər