"Varlı ata, kasıb ata" kitabının qısa məzmunundan bir hissə

Müəllifin - Robert T. Kiyosakinin sözlərinə görə "Varlı ata, kasıb ata" kitabı uşağın həyatında ən əsas müəlim olan bütün dünyanın valideynlərinə həsr olunub

 

Cəmiyyət qınağı qarşısında qorxularımız bizi “siçovul yarışı”ndan (periodik, mənasız, sonsuz və uğursuzluğa məhkum hərəkətlərdən) azad və varlı olmağımıza mane olur. 

Bizlərdən çoxumuz “siçovul yarışı” ifadəsinin nə məna kəsb etdiyini dəqiq bilmirik. Bu ifadənin yalnız bir açıqlaması var – “sonsuz iş rejimi”. Bu o deməkdir ki, bütün işi siz gördüyünüz halda, digərləri – hökümət, borc toplayan kreditorlar və sahibkarlar, qazancınızın əsas hissəsini özləri üçün mənimsəyirlər. 

Biz adətən “siçovul yarışı” barədə hamımızın iştirak etdiyimiz amma sevmədiyimiz bir proses kimi danışırıq. Belə olduğu halda, niyə hələ də “siçovul yarışı”nda iştiraka davam edirik?

Çünki, çoxumuz cəmiyyət qınağı qarşısında qorxumuzun əsarəti altındayıq...

Hamımıza bu fikir tanışdır: “Dərslərini yaxşi oxu, yaxşı təhsil al, o zaman yüksək məvacibli iş tapacaqsan”.

Bunun artıq köhnəlmiş məsləhət olmasına baxmayaraq, biz hələ də keçmiş valideynlərə xas olan bu ideyanı övladlarımıza ötürürük. Bu nəzəriyyəyə əməl edərək, siz çox güman ki, ali təhsil aldıqdan sonra iş tapacaqsınız, uzun müddət ərzində eyni şirkətdə işləməyə davam edəcəksiniz və çox da böyük olmayan təqaüdlə işdən ayrılacaqsınız. Bu gün bu nəzəriyyə artıq maddi çətinliyə və kasıblığa qarşı mübarizəyə zəmanət verən həyat resepti deyil.   

Həqiqət bundan ibarətdir ki, siz səylə oxuya bilərsiniz, yaxşı təhsil alıb yüksək maaşlı işi əldə edə bilərsiniz, lakin bununla belə maddi cəhətdən əhəmiyyətli yüksəlişiniz olmayacaq, çünki siz hələ də “siçovul yarışı”nda iştirak edirsiniz. Sizin ağır zəhmətiniz sayəsində siz deyil, sahibkarınız varlanacaq.

Buna baxmayaraq, doğulduğumuz gündən beynimizə yeridilən fikirləri və gözləntiləri doğrultmaq naminə, hələ də yuxarıda qeyd olunan ideyaya inanırıq və əməl edirik. Nəticə? Biz kasıblıqdan qaça bilərik, amma əlbəttə ki, varlı və təminatlı səviyyəyə çata bilməyəcəyik.    

“Varlı ata, kasıb ata. Varlı valideynlər kasıb valideynlərdən fərqli olaraq övladlarına nə öyrədirlər” (Rich Dad, Poor Dad)  kitabının qısa məzmununu online tam olaraq azərbaycan dilində burada oxuya bilərsiniz.   


Bütün xəbərlər