Sorğu üzrə axtarış nəticələri " ☄ Buy Ivermectin 6 Mg ☀️ www.Ivermectin-6mg.com ☀️ Ivermectin 6 Mg Over The Counter 🌸 Order Ivermectin 3 Mg Canada . Order Ivermectin Otc Uk"
İŞİD: Terror ordusunun iç üzü
“İŞİD: Terror ordusunun daxilində” kitabında amerikalı jurnalist Maykl Vays və Suriyali analitik Hassan Hassan bu ekstremistlərin demək olar ki, məğlub olmuş suriya üsyançı qrupundan qərb əsirlərinin başını üzən və ərazisinə görə Böyük Britaniyaya bərabər ərazini fəth edən beynəlxalq könüllülərdən ibarət cihad ordusuna necə çevrilməsini izah edir. İŞİD-in ilk lideri Əbu Musab Zərkavidən (İŞİD-in ilk təcəssümü olan “Əl-Qaidə İraqda” təşkilatının yaradıcısı) başlayaraq kitabın müəllifləri – Vays və Hassan bu kimi məsələlərə aydınlıq gətirir: əsas fiqurlar kimlərdir (ələkeçməz lider Əbu Bəkr əl-Bağdadidən tutmuş Səddama qədər), onlar harada doğulublar, bu hərəkata həm yerli, həm də qlobal dəstək hansı yolla cəlb olunur və maliyyə yardımını haradan alırlar.
Biznesdə yeni dəb
“Biznes yeni dəbdə” kitabı – müasir biznesin manifestidir. Müəlliflər əmindirlər ki, şirkətin korporativ dünyası talantın yaşaya biləcəyi, kreativ fikirlərin yarana biləcəyi bir yerə çevrilməlidir. “Biznes yeni dəbdə” kitabı – Yeni iqtisadiyyatın dilini və qaydalarını öyrənmək istəyənlərin stolüstü kitabıdır.
Yüksək effektli insanların 7 vərdişi
Əlinizdə olan bu kitab 73 ölkədə və 29 dildə 10 mln-dan çox nüsxə ilə satılmış unikal bir kitabdır. “New York Times” qəzeti onu “beynəlmiləl №1 bestseller”, ABŞ-ın keçmiş prezidenti Bill Klinton isə uğur əldə etmək istəyən hər bir kəsin stolüstü kitabı adlandırır. Sizcə, Stefan Kovinin “Yeddi vərdiş” kitabı effektivlik, psixologiya və idarəetmə haqqında çox sayda müxtəlif ədəbiyyatların olmasına baxmayaraq nəyə görə şərq və qərb publikasının qəlbini fəth edib?
Dostları qazanmaq və insanlara təsir etmək üsulları
“Dostları qazanmaq və insanlara təsir etmək üsulları” – Deyl Karneqinin 12 noyabr 1936-cı ildə işıq üzü görmüş və dünyanın bir çox dillərinə tərcümə olunmuş ən məşhur kitabıdır. Kitab praktiki məsləhətlər və həyati hadisələrin toplusudur. Bir ildən də az bir müddətə milyondan çox nüsxə satılan bu kitab on il ərzində “TheNewYorkTimes” qəzetinin ən çox satılan kitab siyahısında yer alıb (müəllif həyatda olduğu müddətdə ABŞ-da 5 milyondan çox nüsxə satılıb).
Hökmdar
Hökmdar əsəri Nikkolo Makiavellinin siyasət haqqında yazılmış ən təsirli əsəridir. Müəllifin beş yüz il əvvəl insanların xüsusiyyətləri ilə bağlı apardığı müşahidələr bu gün üçün də etibarlı sayıla bilər. İndiki vaxtda “Hökmdar” sözü insanlar tərəfindən sevilən görkəmli bir adam təsəvvürü yaratsa da, Makiavellinin təsvir etdiyi hökmdarlar müharibələr aparan sərkərdələrdir. Kitabın 500 il əvvəl yazılmasına baxmayaraq bu gün də hər bir idarəçi üçün aktualdır və oxunması vacib kitablardan biridir.
Əbədi müştərilər
Bu kitabda K. Suell sadə dildə xidmət keyfiyyətini qaldıraraq müştərilərə səmimi və isti münasibət bəsləməklə şirkətin necə uğur əldə edəcəyindən danışır. Onun fikrincə daimi müştəri əldə etmək üçün sadəcə xidmətə önəm vermək yetərli deyil, bu yöndə şirkət əməkdaşlarının motivasiyası və şirkət daxili sistem də çox vacib şərtlərdəndir. Kitab ilk dəfə 1990-cı ildə ABŞ-da çap olunub və bu gün də öz aktuallığını itirməyərək ən çox satılan kitablar siyahısına daxildir.
Bənövşəyi İnək
Çox vaxt yaxşı məhsulun olması sizin bazardakı mövqeyinizi möhkəmlətmir. Ətrafda o qədər çox reklam var ki, bizim şüurumuz reklam mesajlarını dərk etməkdən imtina edir. İstehlakçı süzgəcindən keçmək üçün isə sizə qeyri-adi bir məhsul – Çəhrayı İnək lazımdır.
Effektiv Rəhbər
Effektiv idarə etmə öyrənilə bilər. Effektiv fəaliyyət düzgün addımları atmaq və düzgün qərarları qəbul etməklə əlaqədardır. Bu, əslində beş kompleks duyğudan ibarət bir vərdişdir və praktika vasitəsilə qazanıla bilər. Dünyanın hər yerindən olan effektli liderlərlə 60 ildən çox əməkdaşlıq təcrübəsinə əsaslanan Effektiv Rəhbər kitabı həm “Nə etmək”, həm də “Necə etmək” haqqındadır.
Biznes dünyasının macəraları
Biznesdə uğur qazanmaq üçün aparıcı professionalların necə müvəffəqiyyət qazandığnı və ya uğursuzluğa düçar olduğunu araşdırmaq lazımdır. Bu kitab sizə digərlərinin səhvləri üzərində öyrənməyə kömək edəcək. Kitab sizdə ötən əsrin bir sıra ən önəmli iqtisadi, maliyyə və biznes hadisələrinin epizodları barəsində hərtərəfli təsəvvür yaradacaq.
Bu kitabı oxuduqdan sonra Bill Geytsin ona Uoren Baffet tərəfindən hədiyyə edilən “Biznes dünyasının macəraları” kitabını nə üçün özünün bütün dövrlər üçün ən sevimli kitabı adlandırdığını da biləcəksiniz.
Müharibə sənəti
Sun Tszı sadəcə bir kitab deyil, həmçinin öz dövrünü qabaqlayaraq indiki dövr üçün aktual olan ilk hərbi traktatı da yazıb. “Müharibə incəsənəti” - casusluğun nəzəri təməli olan ilk kitabdır (uzun müddət bu mövzuda olan yeganə kitab olub). Bundan başqa kitabda ilk dəfə olaraq rəqiblə qarşıdurmada xaos yaratmaqla effektiv mübarizədən söhbət açılır. Qeyd etmək lazımdır ki, Puankare, Kolmoqorov, Arnold və Mozes kimi alim riyaziyyatçılar Xaos nəzəriyyəsinə ilk dəfə olaraq XX əsrdə müraciət ediblər.