Sorğu üzrə axtarış nəticələri " 😺 Stromectol 3mg Pills 💚 www.Ivermectin-6mg.com 💚 Buy Ivermectin 12mg ️ Stromectol 12 Mg Usa | Ivermectin Tablets For Humans Uk"
Biznesdə yeni dəb
“Biznes yeni dəbdə” kitabı – müasir biznesin manifestidir. Müəlliflər əmindirlər ki, şirkətin korporativ dünyası talantın yaşaya biləcəyi, kreativ fikirlərin yarana biləcəyi bir yerə çevrilməlidir. “Biznes yeni dəbdə” kitabı – Yeni iqtisadiyyatın dilini və qaydalarını öyrənmək istəyənlərin stolüstü kitabıdır.
Əbədi müştərilər
Bu kitabda K. Suell sadə dildə xidmət keyfiyyətini qaldıraraq müştərilərə səmimi və isti münasibət bəsləməklə şirkətin necə uğur əldə edəcəyindən danışır. Onun fikrincə daimi müştəri əldə etmək üçün sadəcə xidmətə önəm vermək yetərli deyil, bu yöndə şirkət əməkdaşlarının motivasiyası və şirkət daxili sistem də çox vacib şərtlərdəndir. Kitab ilk dəfə 1990-cı ildə ABŞ-da çap olunub və bu gün də öz aktuallığını itirməyərək ən çox satılan kitablar siyahısına daxildir.
Üç yaş artıq gecdir
Müəllif düşünür ki, balaca uşaqlar nə istəsələr öyrənə bilərlər. Onun düşüncəsinə görə böyüklərin çətinliklə qavradığı informasiyanı, körpələr oyun kimi qəbul edib daha tez öyrənirlər. Kitab müxtəlif üsullarla, yollarla körpələri bu prosesə necə cəlb etməkdən söhbət açır. Bu kitab balaca körpəsinin inkişafında maraqlı olan bütün ana və atalar üçündür. Kitab xüsusən uşaq planlaşdıran analar üçün maraqlı olacaq.
Rəqabət strategiyası. Rəqib analizi metodları
Rəqabət strategiyası kitabı sektor üzrə rəqabətin araşdırılması, həmçinin uğurlu şirkətlərin strategiyalarının təsvirindən ibarətdir. Bu strategiya nəinki bazarda necə rəqabət aparmaq barədə dəyərli məlumat verir, həmçinin rəqib şirkətlər barəsindəki məlumatı istifadə edərək onları öz oyunlarında necə qabaqlaya biləcəyinizi göstərir.
Rework: Streotipləri sındıran biznes
Əksər kitablar sizə demək olar ki, eyni məsləhətləri verir: biznes planı hazırlamaq, rəqabət mühitini öyrənmək, investor axtarmaq və s. Əgər siz belə bir kitab axtarırsınızsa, bu kitabı kənara qoymağınız məsləhətdir, çünki əlinizdə olan bu kitab cəmiyyətdə qəbul edilmiş bütün fikirlərə ziddir.
Rework sizə biznesdə uğur qazanmağın daha optimal, tez və sadə yollarını göstərəcək. Oxuyun və öyrənin ki, planlar nəyə görə mənasızdır, nəyə görə investor cəlb etmək düzgün yol deyil və nəyə görə rəqabətə məhəl qoymamağınız məsləhətdir. Əslində biznesə başlamaq üçün sizə düşündüyünüzdən daha az şey lazımdır. Çoxsayılı görüşlərə vaxt ayırmağa, hətta ofis tutmağa belə ehtiyac yoxdur. Sizə yalnız və yalnız boş-boş danışıqları buraxıb, işə başlamaq lazımdır.
Qul necə idarə edilməlidir?
Bu kitab qulları Roma üslubunda idarə etmək üçün masaüstü bir kitab hesab edilirdi. Qul necə idarə edilməlidir? adlı bölmədə Mark Sidonyus Falks qulların haradan və necə əldə alınacağını və onlardan ən yaxşı nəticələri necə əldə edəcəyinizi göstərən praktik tövsiyələr təqdim edir. Bu kitab antik Top Menecerlər üçün nəzərdə tutulmağına baxmayaraq, müasir dövr idarəetmədə bəzi məqamlarda da faydalı ola bilər. Belə ki, müəllif qullara qarşı həyata reallaşdırılan əmr və nüfuzun sirrini açıqlayır, cinayət törədən şəxslərin cəzalandırılmasına dair tövsiyələr verir.
Varlı ata, kasıb ata
Müəlliflər əmindirlər ki, şagirdlər məktəbdə pul haqqında lazımi bilikləri əldə etmirlər və sonradan bütün həyatı boyu pulu istifadə etmək əvəzinə, onun üçün işləyirlər. Onlar oxucuya bu ciddi problemə başqa nöqteyi-nəzərdən baxmağı və uşaqları maliyyə çətinliyi ilə üzləşmədən öncə pulla davranış qaydasını öyrətməyi təklif edirlər.
Emosional Zəka - Niyə IQ-dən daha vacibdir?
Dr. Daniel Qoleman psixologiya sahəsində yenilik yaradan bu kitabında, “EQ” - nün IQ - dən daha vacib olduğunu sübut edir. Müəllifin tədqiqatlarına görə, emosional zəka insanın bütün fəaliyyətinə təsir edir və onun yoxluğu insanın həm şəxsi, həm də iş həyatında uğur qazanmasına, ictimai münasibətlərinə və sağlamlığına mənfi təsir göstərir. Müəllifin fikrincə, emosional zəka anadangəlmə deyil, fəaliyyət və vərdişlər nəticəsində qazanılır.
Çevik satış: Davamlı dəyişən dövrdə vacib satış bacarıqları
Bu kitab sizə işinizdə əsas vərdişləri, effektiv satış üsullarını təyin etməkdə, satış sahəsində inkişafınızı əngəlləyən problemlərin yeni həllərini tapmaqda və məhsuldar olmaqda yardımçı olacaq. Nəticə? Əgər siz satış menecerisinizsə - siz hər hansı problemi həll etməkdə, yeni bazarlarda yeni müştərilərlə və yeni məhsullarla fəaliyyətdə əsl ekspert olacaqsınız. Əgər siz rəhbərsinizsə - sizin komandanız daha məhsuldar çalışmağa başlayacaq və satış göstəricilərini daima yüksəldəcək.
Yüksək effektli insanların 7 vərdişi
Əlinizdə olan bu kitab 73 ölkədə və 29 dildə 10 mln-dan çox nüsxə ilə satılmış unikal bir kitabdır. “New York Times” qəzeti onu “beynəlmiləl №1 bestseller”, ABŞ-ın keçmiş prezidenti Bill Klinton isə uğur əldə etmək istəyən hər bir kəsin stolüstü kitabı adlandırır. Sizcə, Stefan Kovinin “Yeddi vərdiş” kitabı effektivlik, psixologiya və idarəetmə haqqında çox sayda müxtəlif ədəbiyyatların olmasına baxmayaraq nəyə görə şərq və qərb publikasının qəlbini fəth edib?