Sorğu üzrə axtarış nəticələri " 🔥 Ivermectin 12mg Pills 🍀 www.Ivermectin-OTC.com 🍀 Is Ivermectin Otc Over The Counter 🎇 Order Ivermectin 3mg Uk - Stromectol 12mg Tablets Usa"
Hökmdar
Hökmdar əsəri Nikkolo Makiavellinin siyasət haqqında yazılmış ən təsirli əsəridir. Müəllifin beş yüz il əvvəl insanların xüsusiyyətləri ilə bağlı apardığı müşahidələr bu gün üçün də etibarlı sayıla bilər. İndiki vaxtda “Hökmdar” sözü insanlar tərəfindən sevilən görkəmli bir adam təsəvvürü yaratsa da, Makiavellinin təsvir etdiyi hökmdarlar müharibələr aparan sərkərdələrdir. Kitabın 500 il əvvəl yazılmasına baxmayaraq bu gün də hər bir idarəçi üçün aktualdır və oxunması vacib kitablardan biridir.
Fərdi MBA kursu
Müəllif cəmi bir kitabla sizə iki ildə öyrənəcəyiniz bilikləri verir. Hər müvəffəqiyyətli işin əsasını təşkil edən universal prinsipləri öyrənin, sonra isə pul qazanmaq, daha çox iş görmək və həyatınızda və işinizdə daha çox əylənmək üçün bu fikirləri istifadə edin.
Frikonomika. Baş verən hadisələr arasında gözlənilməz baglantılar haqqında fikirlər
Bu kitab sadə və aydın nümunələrlə iqtisadiyyatın yalnız tələb və təklif əyrilərindən ibarət olmamasından, ilk növbədə insanların tələb və təklifi formalaşdırmasından bəhs edir.
Müəlliflər – cavan alim iqtisadçı Stiven Levitt və jurnalist Stefan Dabner çox fərqli bir xüsusiyyətə sahibdirlər. Onlar indiyənədək heç kimin ağlına gəlməyən sadə suallara cavab axtarırlar və xüsusi meyarlarla ölçərək müasir dünyanın asanlıqla dərk olunması tezisini təsdiqləyirlər.
iTəqdimat. Stiv Cobsdan təqdimat sirrləri
Bu kitab sizə Stiv Cobsun təqdimat və ona hazırlıq prosesinin sirrlərini öyrədəcək, onun köməyilə keyfiyyətli və möcüzəli çıxış texnikasına yiyələnəcəksiniz. Düzdür, Stiv Cobsun təqdimatının çoxsayılı nüansları var, ancaq onun müxtəlif metodlarından istifadə edərək təqdimatınızı digərlərindən fərqli edə bilərsiniz. Bu texnika sizə möhtəşəm təqdimat hazırlamaqda yardımçı olacaq.
Bənövşəyi İnək
Çox vaxt yaxşı məhsulun olması sizin bazardakı mövqeyinizi möhkəmlətmir. Ətrafda o qədər çox reklam var ki, bizim şüurumuz reklam mesajlarını dərk etməkdən imtina edir. İstehlakçı süzgəcindən keçmək üçün isə sizə qeyri-adi bir məhsul – Çəhrayı İnək lazımdır.
Əbədi müştərilər
Bu kitabda K. Suell sadə dildə xidmət keyfiyyətini qaldıraraq müştərilərə səmimi və isti münasibət bəsləməklə şirkətin necə uğur əldə edəcəyindən danışır. Onun fikrincə daimi müştəri əldə etmək üçün sadəcə xidmətə önəm vermək yetərli deyil, bu yöndə şirkət əməkdaşlarının motivasiyası və şirkət daxili sistem də çox vacib şərtlərdəndir. Kitab ilk dəfə 1990-cı ildə ABŞ-da çap olunub və bu gün də öz aktuallığını itirməyərək ən çox satılan kitablar siyahısına daxildir.
Ultramillətçi yoxsa qisasçı lider?
Gessen kitabında Putinin KQB-nin əhəmiyyətsiz bir işçisi olaraq necə yenidən komitəyə qayıtmasından, ona rəhbərlik edərək sonradan Boris Yeltsin tərəfindən davamçı olaraq seçilməsindən və Rusiyada demokratiyanı tez bir zamanda boğmasından bəhs edir.
Təmizliyin möcüzəli sirri
«Təmizliyin möcüzəli sirri” kitabında müəllif həyatınızı birdəfəlik dəyişə biləcək qaydadan söhbət açır. Deyəcəksiniz ki, bu mümkün deyil? Bu ümumi reaksiyadır, belə ki, hər birimiz evdə təmizlikdən sonra çox vaxt eyni nəticələrlə üzləşmişik. Bu, ağıllı və effektiv üsul natəmizliyə birdəfəlik qalib gəlmək üçün uğurlu bir metoddur.
Komandaların beş çatışmazlığı. Liderlik əfsanəsi.
“Rəhbərə mane olan beş istək” və “Öldürücü iclaslar” kitablarının müəllifi Patrik Lensioni bu dəfə isə effektiv komanda quruculuğunun sirrlərini oxucalarla bölüşür. Biznes roman şəklində yazılmış bu kitab hər bir komandanın qarşılaşdığı 5 maneəni analiz edir və praktiki məsləhətlər verir. Bu maneələr sizin də şirkətdə ola bilər, əgər effektiv və qalib komanda yaratmaq istəyirsinizsə, mütləq “Komandaların beş çatışmazlığı. Liderlik əfsanəsi” kitabını oxumalısınız.
Rəqabət strategiyası. Rəqib analizi metodları
Rəqabət strategiyası kitabı sektor üzrə rəqabətin araşdırılması, həmçinin uğurlu şirkətlərin strategiyalarının təsvirindən ibarətdir. Bu strategiya nəinki bazarda necə rəqabət aparmaq barədə dəyərli məlumat verir, həmçinin rəqib şirkətlər barəsindəki məlumatı istifadə edərək onları öz oyunlarında necə qabaqlaya biləcəyinizi göstərir.