Yoxlama siyahısı manifesti (The checklist manifesto)
Qiymətləndirmək

«Yoxlama siyahısı manifesti (The checklist manifesto)»

Atul Qavande

Kateqoriya : Time management, menecment və biznes strategiyası

Bu kitab nə haqqındadır?

[İlk dəfə Azərbaycan dilində]

“Yoxlama siyahısı manifesti” kitabında Qavande digərlərindən uzun müddət və yaxşı təhsil alan, daha ixtisaslaşmış, yüksək texnologiyadan istifadə edən, ancaq bunlara baxmayaraq, daha çox səhv edən mütəxəssislərin varlığından bəhs edir. Qavande “Bəs niyə səhv etməyə davam edirik?” sualının cavabının çox sadə olduğunu deyir və bunu artan məlumat yığınını necə istifadə edəcəyimizi bilməməyimizlə əlaqələndirir. Bunun üçün oxucularına yoxlama siyahılarından istifadə etməyi tövsiyə edən müəllif, bu sayədə daha çox vaxt, uğur və məhsuldarlıq əldə edə biləcəyimizi qeyd edir. 


Müəllif haqqında:

Atul Qavande Amerikalı bir cərrah, yazıçı və ictimai sağlamlıq tədqiqatçısıdır. Boston Briqham və Qadın Xəstəxanasında ümumi və endokrinoloji cərrahdır. Harvard T.H.-də Sağlamlıq Siyasəti və İdarəedilməsi bölməsinin, İctimai Sağlamlıq Məktəbinin və Samuel O. Harvard Tibb Məktəbinin cərrahiyyə prosfessorudur. Bunlardan başqa, ictimai sağlamlıq sahəsində sağlamlıq sistemləri yenilikləri üçün bir mərkəz olan Ariadne Labs-ın rəhbəri və dünya miqyasında əməliyyat zamanı baş verən ölüm hallarını azaltmağa çalışan Lifebox-un prezidentidir. Yazıçının “Mürəkkəbliklər”, “Daha Yaxşı”, “Yoxlama Siyahısı Manifesti”“Ölümlü olmaq” kimi kitabları var.

Məzmunun dili: azərbaycan dilində

Yeni bestsellerlər və “must read” kitablar qısa məzmunda