«Həyatınızı dəyişdirəcək 59 saniyə»
Riçard Vayzman
Kateqoriya : Motivasiya, Psixologiya
Bu kitab nə haqqındadır?
[ İlk dəfə azərbaycan dilində! ]
Psixoloq və professor Riçard Vayzman “Həyatınızı dəyişdirəcək 59 saniyə” kitabında insanların aylar yox, dəqiqələr ərzində öz hədəflərinə çatmasına kömək edən yeni bir dəyişiklik yanaşması təqdim edir. Müxtəlif mövzuları və tədqiqatları araşdıran Vayzman bu yeni sürətli dəyişiklik elmini dəstəkləyən tədqiqatları şərh edir və həmin sürətli və maraqlı metodların gündəlik həyata necə tətbiq edilə biləcəyini təsvir edir. Müəllifin sözləri ilə desək, biraz düşünün, çox şeyi dəyişdirin.
Müəllif haqqında:
Riçard Vayzman Birləşmiş Krallıqda yerləşən Hortfordşir Universitetində psixologiya professorudur. O, 30-dan çox dilə çevrilmiş bir neçə çox satılan kitabın müəllifidir. Vayzman Kral Cəmiyyəti, İsveçrə İqtisadi Forumu, Google və Amazonda açılış nitqi ilə çıxış edib. O, həmçinin Skeptik Tədqiqat Komitəsinin və Humanist UK-in üzvüdür. Bunlardan başqa, Youtube-dakı Quirkology kanalının yaradıcısıdır.
Məzmunun dili: azərbaycan dilində
- 1 AZN
- Səbətə at