Rework: Streotipləri sındıran biznes
Qiymətləndirmək

«Rework: Streotipləri sındıran biznes»

Ceyson Frayd, Devid Xaynemayer Xansson

Kateqoriya : Marketinq

Bu kitab nə haqqındadır?

Əksər kitablar sizə demək olar ki, eyni məsləhətləri verir: biznes planı hazırlamaq, rəqabət mühitini öyrənmək, investor axtarmaq və s. Əgər siz belə bir kitab axtarırsınızsa, bu kitabı kənara qoymağınız məsləhətdir, çünki əlinizdə olan bu kitab cəmiyyətdə qəbul edilmiş bütün fikirlərə ziddir.

Rework sizə biznesdə uğur qazanmağın daha optimal, tez və sadə yollarını göstərəcək. Oxuyun və öyrənin ki, planlar nəyə görə mənasızdır, nəyə görə investor cəlb etmək düzgün yol deyil və nəyə görə rəqabətə məhəl qoymamağınız məsləhətdir. Əslində biznesə başlamaq üçün sizə  düşündüyünüzdən daha az şey lazımdır. Çoxsayılı görüşlərə vaxt ayırmağa, hətta ofis tutmağa belə ehtiyac yoxdur. Sizə yalnız və yalnız boş-boş danışıqları buraxıb, işə başlamaq lazımdır. 


Müəllif haqqında:

Ceyson Frayd 37signals şirkətinin həmtəsisçisi və prezidentidir.

Devid  Haynemayer Henson 37signals şirkətinin ortağıdır. O, həmçinin Ruby on Rails freymin yaradıcısıdır. 

Qısa məzmunun dili: azərbaycan dilində

Bu "qısa məzmun" kimlər üçündür?

*Biznes sahibləri üçün;

*Şəxsi biznesi haqqında düşünməyənlər üçün;

*Məhsuldar iş haqqında maraqlananlar üçün.

Yeni bestsellerlər və “must read” kitablar qısa məzmunda