Biznes model quruculuğu
Qiymətləndirmək

«Biznes model quruculuğu»

Aleksandr Ostervalder və İv Piqneur

Kateqoriya : Biznes, menecment və biznes strategiyası

Bu kitab nə haqqındadır?

Biznes Model Quruculuğu dünyanın qabaqcıl şirkətlərinin istifadə etdiyi güclü və tətbiqi innovasiya texnikalarını öyrədir. Bu kitabla yeni bir biznes modelinin necə qurulacağını, necə həyata keçiriləcəyini, köhnə modelin necə analiz ediləcəyini və ya yenilənəcəyini öyrənəcəksiniz. Yeni və yaradıcı modelləri mənimsəməyə hazır olan rəhbər, məsləhətçi, sahibkar və liderlər bu kitabdan biznes modellərini anlamaq, dizayn etmək və həyata keçirməkdə faydalana biləcəkləri güclü və sadə vasitələr tapacaqlar. Əgər sizin şirkət yeni reallığa adaptasiya olmaq istəyirsə, ancaq rəqiblərdən önə çıxaracaq strategiyası yoxdursa, “Biznes model quruculuğu” kitabını mütləq oxumalısınız.


Müəllif haqqında:

Aleksandr Ostervalder biznes modelləşdirilməsi və Biznes Modeli Lövhəsinin (Business Model Canvas) inkişaf etdirilməsi ilə bağlı gördüyü işlərlə tanınan İsveçrəli biznes nəzəriyyəçisi, yazıçı və məsləhətçidir.

Belçikalı kompüter mühəndisi olan İv Piqneur, Aleksandr Ostervalder ilə birlikdə biznes modeli löhvəsində gördüyü işlərlə tanınır, 1984-ci ildən bəri Lüsyen Universitetində İdarəetmə İnformasiya Sistemləri professoru olaraq işləyir.

Qısa məzmunun dili: azərbaycan dilində

Qısa məzmun toplusu

Kitab formatında. Artıq satışda!

- 1 kitabın qiymətinə 15 kitabı oxumaq imkanı əldə edəcəksiniz;

- Vaxtınıza və büdcənizə qənaət edəcəksiniz;

- Bu günə qədər Azərbaycan dilinə çevrilməmiş kitabların əsas ideyalarını oxumaqla, özünüzü inkişaf etdirib, daha da professional olacaqsınız.

- Kitab şəklində ömürlük konspekt əldə edəcəksiniz

Kitab səhifəsinə keçid

Yeni bestsellerlər və “must read” kitablar qısa məzmunda