Bir İqtisadi Qatilin etirafları
Qiymətləndirmək

«Bir İqtisadi Qatilin etirafları»

Con Perkins

Kateqoriya : Siyasət və iqtisadiyyat

Bu kitab nə haqqındadır?

[ İlk dəfə azərbaycan dilində! ]

Sizcə bir ölkəni necə borclandırmaq olar? Bu sualın cavabını “Bir Iqtisadi qatilin etirafları” (Confessions of an Economic Hit Man) kitabında tapa biləcəksiniz. Kitab ABŞ-ın xarici siyasətini ağır bir şəkildə tənqid edir və onun digər ölkələrə tətbiq etdiyi kömək və inkişaf layihələrinin əksər hallarda yerli əhalini və ölkəni özündən asılı hala gətirib çıxardığından bəhs edir. Con Perkins İqtisadi Qatil kimi fəaliyyət göstərdiyi illərdə ABŞ-ın qlobal imperiya olmasının arxasında dayanan təkanverici qüvvə kimi korporasiya (Corporatocracy) və acgözlük sistemindən bəhs edir. “Bir İqtisadi Qatilin Etirafları” kitabı həm keçmişdə, həm də müasir dövrdə baş verən hadisələrin bir çoxunu daha yaxşı başa düşməyinizə kömək edəcək.


Müəllif haqqında:

Con Perkins Amerikalı bir yazıçıdır. Perkinsin ən məhşur kitabı İqtisadi Qatilin Etirafları (2004) kitabıdır. Bu kitab 70 həftədən çox müddət New York Times bestseller siyahısında qalıb və ən azı 32 dilə tərcümə edilib. Hal-hazırda bir çox universitet proqramlarına daxil edilib. Perkins həmçinin, şamanizm də daxil olmaqla bir çox yerli mədəniyyətlərin mistik aspektləri haqqında yazılar yazıb.

Qısa məzmunun dili: azərbaycan dilində

Yeni bestsellerlər və “must read” kitablar qısa məzmunda