"Üç yaş artıq gecdir" kitabının qısa məzmunundan bir hissə

Uşağın inkişaının ən vacib dövrü – ilk üç ildir. Lakin bu o demək deyil ki, Sizin məqədiniz – gənc alim yetişdirməkdir.

Uşağı, necə və nə vaxt düzgün tərbiyə etmək gərəkdiyi barədə çoxlu sayda ədəbiyyat mövcuddur. Təəssüf ki, bu kitabların böyük əksəriyyəti körpənin dünya görüşünün formalaşması və onun bilavasitə təhsili ilə heç bir əlaqəsi yoxdur. 

Hamımız hələ məktəb illərindən sinfimizdəki əlaçı şagirdi yaxşı xatırlayırıq – onda hər zaman, hər şey alınırdı. Baxmayaraq ki, müəllimlərin hamısı bir fikirdə idi - bütün şagirdlər eyni dərəcədə bacarıqlıdırlar və kifayət qədər səy göstərərlərsə, eyni uğuru qazana bilərlər – həqiqətdə isə biz nə qədər çalışsaq da, əlaçı elə əlaçı idi, pis oxuyan şagirdsə yenə də pis oxuyurdu.   

Buna görə də kifayət qədər məntiqli sual meydana çıxır: bəlkə məsələ genlərimizdədir? Bu barədə mübahisələr artıq çoxdandır ki, davam edir. Bir tərəfdən beyin fiziologiyasının, digər tərəfdən uşaq psixologiyasının tədqiqatları göstərir ki, uşağın əqli bacarıqlarının inkişafının açarı – ömrünün ilk üç ilində, yəni beyin hüceyrələrinin inkişafı dövründə aldığı şəxsi idrak təcrübəsidir. Bu zaman,  beyin hüceyrələri, belə demək olarsa, əl-ələ verib uşağın hiss orqanları ilə xaricdən qəbul etdiyi informasiyaya cavab verməyə çalışırlar.  Bu proses elektron kompüterdə tranzistorların işinə çox bənzəyir. Heç bir trazistor ayrılıqda işləmir, yalnız bir sistem altında birləşərək kompüter kimi fəaliyyət göstərir. Beyin hüceyrələrinin bir-birilə əlaqəyə keçdiyi ən fəal dövr – uşaq anadan olandan üç yaşınadək olan dövrdür. Bu əlaqələrin 70-80%-i məhz bu dövrdə meydana gəlir.

Uşağı, düzgün vaxtda və düzgün qaydada tərbiyyə etmək, onu dahi kimi böyütmək demək deyil. Bunu anlamaq vacibdir. Hər hansı bir musiqi alətində ifa etmək və ya hər hansı bir xarici dili əziyyətlə  öyrətmək uşaqda heç bir unikal bacarıq formalaşdırmır. Müəllifin fikrinə görə, erkən inkişafın əsas məqsədi – xoşbəxt körpələr yetişdirmək, körpənin həyatında və dünyasında daha çox sevinc olsun deyə onda olan sonsuz patensial imkanları üzə çıxarmaqdır. Körpəyə ilk növbədə elə vacib fundamentin əsasını qoymalısınız ki, ayıq və diqqətlı olsun, aldığı məlumatı qəbul və interpretasiya etməyi bacarsın.

Daha bir vacib məqam – uşaqla harda və necə rəftar etməli olduğunuzu səhv salmayın. Çox insanlar səhvən belə düşünürlər ki, doğulduğu ilk illərdə kiçik organizmi məlumatlarla yükləmək lazım deyil. O, özü özünə inkişaf etməlidir, əks halda bu, neqativ hallarla nəticələnə bilər. Körpə bağçaya və ya məktəbə getməyə başlayanda isə dərhal “ciddi valideyn” rejimi işə düşür və biz uşaqdan onun qarşısına qoyulan tapşırıqları sistemli və dəqiq yerinə yetirməsini tələb etməyə başlayırıq. Bu, doğru yanaşma deyil! Körpə ömrünün ilk illərindən nə qədər çox məlumatlı olarsa, bir o qədər yaxşıdır. 

"3 yaş artıq gecdir"   kitabının qısa məzmununu online tam olaraq burada oxuya bilərsiniz.   

 

Massaru İbukanın "3 yaş artıq gecdir" ("Bağçada artıq gec olacaq") kitabının təqdimatı


Bütün xəbərlər