Funt sterlinq böhranı. "Biznes macəraları" kitabının qısa məzmunundan bir hissə

Funt sterlinq böhranı.

Funt Sterlinq böhranı.

1964-cü ildə spekulyantlar funt-sterlinqə hücum etdilər, hətta mərkəzi bankirlər ittifaqı belə onu qoruya bilmədi.

1960-cı ildə, bütün dünya valyutaları arasında ən nüfuzlusu funt sterlinq idi. Bu həm onun yaşı, həm də dəyəri ilə əlaqədar idi. Böyük Brityaniya valyutası 1964-cü ildə spekulyantların hücumuna məruz qalanda  bütün dünyanın mərkəzi bankları onu qorumağı öz borcu hesab etdilər. Hücumun kökləri 1944-cü ilin Bretton-Vud konferensiyasına gedib çıxırdı. Sənayə cəhətdən inkişaf etmiş ölkələr beynəlxalq pul-dəyişmə sistemi qurmağı qərar verdilər. Bu sistemə əsasən bütün valyutaların məzənnəsi müəyyən olunmuş faiz dərəcələrinə əsasən təyin olunurdu. Bu faiz dərəcələrini qorumaq üçün ölkələr tez-tez pul dəyişmə bazarına müdaxilə etmək məcburiyyətində qalırdılar. 1964-cü ildə Böyük Britaniya çətin bir vəziyyətə düşdü. Ticarətdə böyük defisit müşahidə olunurdu. Valyuta spekulyantları düşünürdü ki, Böyük Britaniya məzənnəni yüksək səviyyədə saxlaya bilməyəcək və devalivasiyaya gedəcək. Beləliklə onlar funt sterlinqə qarşı “oynamağa” başladılar.  Onlar funt sterlinqin məzənnəsinin düşməsini istəyirdilər.  Həm funt sterlinqin, həm də beynəlxalq pul sisteminin nüfuzunun təhlükə altında olduğunu görən ittifaq Federal Rezerv Sistemi başda olmaqla müştərək müdafiə qurdu. Onlar valyutanın qiymətinin düşməsinə mane olmaq üçün funt sterlinqi almağa başladılar .

İlk olaraq belə bir təsəvvür yaranırdı ki, taktika öz bəhrəsini verir və ilk hücumlar dəf olunub. Amma spekulyantlar öz hücumlarını illər boyu davam etdirirdilər.

Nəhayət, 1967-ci ildə ittifaq artıq funt sterlinqi ala bilmədi və Böyük Britaniya öz valyutasını 14% - dən  çox devalivasiya etmək məcburiyyətində qaldı.

Böyük Britaniya valyutasının dəyəri uğrunda mübarizə, Breton-Vud sisteminin çatışmamazlıqlarının ilk əlaməti idi. Beləliklə, 4 il sonra, 1971-ci ildə bu sistem öz fəaliyyətini dayandırdı. 

 

Bu kitab haqqında.

“Biznes dünyasının macəraları” kitabı XX əsrin  mühüm iqtisadi, işgüzar epizodları və maliyyə siyasəti haqqında bütöv təsəvvür yaradır.  Burada Amerika biznesinin tarixində baş verən və nəticələri bu gün də açıq aşkar hiss olunan əsas hadisələr öz  əksini tapır. 

Kitab  düşünülmüş  maxinasiyalar  və maliyyə dünyasının  dəyişkən  xarakterindən  bəhs  edən  12 klassik  bölmədən ibarətdir. Bu bölmələrin hər  birində nümunəvi  bir şirkətin necə uğur  əldə etdiyi və yaxud iqtisadi  böhran  zamanı  özünü  necə  aparması  təsvir  olunur.

Bu kitabı oxuduqdan sonra Bill Geytsin ona Uoren Baffet tərəfindən hədiyyə edilən “Biznes dünyasının macəraları” kitabını nə üçün özünün bütün dövrlər üçün ən sevimli kitabı adlandırdığını biləcəksiniz.

Dünyanın ən kobud avtomobilinin istehsalını, “General Electric Company” rəhbərinin göz vurmasını və “Piggly Wiggly” supermarketlər şəbəkəsinin çökməsini hansı ümumi cəhətlər birləşdirir?

Bu kitabdan öyrənəcəkləriniz:

- Uoll-stritin necə “PigglyWiggly”-ni məhv etdi;

- Niyə görə böyük şirkətlərdə səhmdarlarının toplantısı bir qayda olaraq məzhəkəyə çevrilir;

- Düzgün yozulmayan göz vurma  necə “General Electrics”-in bəzi rəhbərlərini məhkəmə  prosesinə  qədər  gətirdi  və  s.

“Biznes denyasının macəraları” ​ kitabının qısa məzmununu tam olaraq burada oxuya bilərsiniz.   

 


Bütün xəbərlər