Banner book
  • az
  • ru
  • en
  • tr
  • ge

Facebook vasitəsilə daxil ol

Şifrəni unutmusan?
Qeydiyyat
  • Kitabxana
  • Daha Ağıllı ol!
  • Abunə
  • Daxil ol

Sorğu üzrə axtarış nəticələri "fc 26 coins price Buyfc26coins.com is FC 26 coins official site..EucF"

Üç yaş artıq gecdir

Müəllif düşünür ki, balaca uşaqlar nə istəsələr öyrənə bilərlər. Onun düşüncəsinə görə böyüklərin çətinliklə qavradığı informasiyanı, körpələr oyun kimi qəbul edib  daha tez öyrənirlər. Kitab müxtəlif üsullarla, yollarla körpələri bu prosesə necə cəlb etməkdən söhbət açır. Bu kitab balaca körpəsinin inkişafında maraqlı olan bütün ana və atalar üçündür. Kitab xüsusən uşaq planlaşdıran analar üçün maraqlı olacaq.


Bir dəfə Şimali Koreyada

“Bir dəfə Şimali Koreyada” kıtabı öz oxucusunu dünyanın ən az tanınan ölkəsinə səyahətə aparır və burada yaşayan cavan nəslin necə “qul və əsgər”lərə bölündüyünü onlara çatdırır.


Mərhəmətə 12 addım

Kitabın adından da göründüyü kimi yazıçı hər hansı bir insanın mərhəmətli olmağa gedən yolda keçməli olduğu on iki yoldan bəhs edir. Hər yol ayrı-ayrı şərh edən müəllif, oxucuya həyatı asanlaşdıran və gözəlləşdirən bir çox tövsiyələr verir.


Rework: Streotipləri sındıran biznes

Əksər kitablar sizə demək olar ki, eyni məsləhətləri verir: biznes planı hazırlamaq, rəqabət mühitini öyrənmək, investor axtarmaq və s. Əgər siz belə bir kitab axtarırsınızsa, bu kitabı kənara qoymağınız məsləhətdir, çünki əlinizdə olan bu kitab cəmiyyətdə qəbul edilmiş bütün fikirlərə ziddir.

Rework sizə biznesdə uğur qazanmağın daha optimal, tez və sadə yollarını göstərəcək. Oxuyun və öyrənin ki, planlar nəyə görə mənasızdır, nəyə görə investor cəlb etmək düzgün yol deyil və nəyə görə rəqabətə məhəl qoymamağınız məsləhətdir. Əslində biznesə başlamaq üçün sizə  düşündüyünüzdən daha az şey lazımdır. Çoxsayılı görüşlərə vaxt ayırmağa, hətta ofis tutmağa belə ehtiyac yoxdur. Sizə yalnız və yalnız boş-boş danışıqları buraxıb, işə başlamaq lazımdır. 


Çevik və asta düşüncə

Bizim addımlarımızı və hərəkətlərimizi fikirlərimiz müəyyən edir. Məgər biz daim öz fikirlərimizə nəzarət edirik? Nobel mükafatı laureatı Daniel Kaneman qeyri-rasional addımlar atmağımızın və səhv qərarlar qəbul etməyimizin səbəblərini izah edir. Düşüncəmiz iki sistemə malikdir. “Asta” düşüncə biz misal həll edəndə və ya məhsul seçəndə işə düşür. Adətən bizə elə gəlir ki, bu proseslərə nəzarət edirik, amma unutmayaq ki, şüurumuzda “cəld” düşüncə də işləyir – avtomatik, ani və dərk edilməyən... 


Dostları qazanmaq və insanlara təsir etmək üsulları

“Dostları qazanmaq və insanlara təsir etmək üsulları” – Deyl Karneqinin 12 noyabr 1936-cı ildə işıq üzü görmüş və dünyanın bir çox dillərinə tərcümə olunmuş ən məşhur kitabıdır. Kitab praktiki məsləhətlər və həyati hadisələrin toplusudur. Bir ildən də az bir müddətə milyondan çox nüsxə satılan bu kitab on il ərzində “TheNewYorkTimes” qəzetinin ən çox satılan kitab siyahısında yer alıb (müəllif həyatda olduğu müddətdə ABŞ-da 5 milyondan çox nüsxə satılıb). 


Partizan marketinqi. Kiçik xərclərlə gəlir əldə etmə üsulları

İlk dəfə 1984-cü ildə dərc edilən kitab marketinqin klassikasına aid edilir və marketoloqlar tərəfindən oxunması məcburidir. Kitabda bəhs olunan strategiya kiçik şirkətlərin cüzi marketinq büdcəsi ilə necə kreativlik işlədərək daha güclü və böyük rəqiblərlərlə rəqabət apara bilməsini haqqındadır. Levinson yeni kitabında partizan fəndlərinin siyahısını böyüdərək, həmçinin internet sahəsinin istifadəsini də siyahıya salıb. Bu kitab milyon tirajlarla çap edilmiş, Levinsonun partizan marketinq kursu isə MBA təhsil proqramına salınmışdır. 


Bacarıqlı övlad yetişdirməyin sirləri

Övladınız dünyaya gəldikdə bir çox işlər və problemlər ikinci plana keçir. Artıq, övlad sizin həyatda əsas qayğınız və sevincinizdir. Yaxşı valideyn kimi dünyaya gəlmirlər, yaxşı valideyn olmağı öyrənmək lazımdır. Bu kitabı oxuduqdan sonra uşaqlarla necə rəftar etməyi öyrənəcəksiniz. Sevgi, səbir, balaca insanın şəxsiyyətinə hörmət düzgün tərbiyənin əsasıdır. 


Emosional Zəka - Niyə IQ-dən daha vacibdir?

Dr. Daniel Qoleman psixologiya sahəsində yenilik yaradan bu kitabında, “EQ” - nün IQ - dən daha vacib olduğunu sübut edir. Müəllifin tədqiqatlarına görə, emosional zəka insanın bütün fəaliyyətinə təsir edir və onun yoxluğu insanın həm şəxsi, həm də iş həyatında uğur qazanmasına, ictimai münasibətlərinə və sağlamlığına mənfi təsir göstərir. Müəllifin fikrincə, emosional zəka anadangəlmə deyil, fəaliyyət və vərdişlər nəticəsində qazanılır.


Mavi okean strategiyası

Mavi okean startegiyası dünyanın 40 dilinə tərcümə edilmiş ən məşhur strategiya kitabıdır. Bu strategiyanın çox sadə ideyası var: Rəqiblərə qalib gəlməyin ən yaxşı yolu onlarla mübarizə aparmamaqdır. “Strategiya”nın müəllifləri kənara çəkilib yenilik etməyin yeganə yol olmasına əmindirlər.  Bu zaman sizin biznesiniz “Mavi okean”ın sakit sularında inkişaf edəcək. Kitabda  Çan Kim və Moborn şirkəti rəqabət stressindən çıxartmaq və  yeni biznes modelinin yaratmaq üçün ətraflı təlimatlar təklif edirlər.


  • «
  • 1
  • 2
  • 3
  • »
Layihə haqqında
Bizimlə əlaqə
Ünvan: Azərbaycan, Bakı ş., Azadlıq pr. 4
mob: +994556059388
© 2026 - «ReadIt»