Bu nədir?
Biz informasiya cəmiyyətində yaşayırıq və gündən-günə informasiyanın həcmi daha da artır. “Varlı ata”nın (R.Kiyosakinin) dediyi kimi ən qiymətli aktiv – zamandır. Dünyada hər il yüzlərlə faydalı kitab dərc olunur. Yadınıza salın, neçə kitabı oxumağa başlayıb, yarımçıq qoymusunuz. Çox güman ki, ya vaxtınız çatmayıb ya da kitab darıxdırıcı olub. Biz işgüzar kitabları əyləncə naminə oxumuruq. Biz işgüzar kitablardan bilik əldə etmək və peşəkar olmaq üçün oxuyuruq. Məhz buna görə də bütün dövrlərin ən yaxşı və faydalı kitablarını qısa məzmunda əks etdirən bir layihə yaratmaq qərarına gəldik. Qısa məzmunlu mətnlər kitabın əsas və qiymətli ideyalarını əks etdirir və 8-15 səhifədən ibarətdir. “Read IT”-də qısa məzmunlu kitabları oxumaqla siz müəlliflərin bilik və təcrübəsinə, məsələnin mahiyyətinə yiyələnəcəksiniz.
"Read IT" kimlər üçün nəzərdə tutulub?
Bütün səviyyələrdə olan menecer və rəhbərlər
Biznes sahibləri və sahibkar olmaq istəyənlər
Tələbələr və biznes dilini inkişaf etdirmək istəyən xarici dil öyrənənlər
Dünyagörüşünü genişləndirmək istəyən savadlı insanlar
Öz əməkdaşlarının peşəkar və şəxsi inkişafını qiymətləndirən şirkətlər
Bu necə işləyir?