Sorğu üzrə axtarış nəticələri "%20%F0%9F%8C%B1%20Ivermectin%203mg%20Otc%20%F0%9F%94%B7%20www.Ivermectin-6mg.com%20%F0%9F%94%B7%20Ivermectin%20Dosage%20For%20Scabies%20In%20Humans%20Uk%20%E2%9A%95%EF%B8%8F%20Where%20To%20Buy%20Stromectol%20In%20Canada%20%7C%20Ivermectin%2012%20Mg"
100 Dollarlıq Startup
İnvestor və yazıçı olan Kris Qalbou “100 Dollarlıq Startup” kitabında 100 dollar və daha azı ilə belə biznes qurula biləcəyini, burada vacib olan əsas məsələnin insanın şəxsi qabiliyyətləri olduğunu deyir. New York Timesin ən çox satılan biznes kitabları siyahısında ilk sıralarda yer tutan “100 Dollarlıq Startup” kitabı xüsusilə gənc sahibkarlar üçün əhəmiyyətli tövsiyələr təqdim edir. Bu kitabın qısa məzmununu ilk dəfə olaraq azərbaycan dilində saytımızdan oxuya bilərsiniz.
Altı şlyapa nəzəriyyəsi
Altı şlyapa metodu – ingilis yazıçısı, psixoloqu və yaradıcı təfəkkür sahəsində mütəxəssis olan Edvard de Bononun hazırladığı ən səmərəli üsuldur. Bu kitabda müəllif kollektiv və şəxsi əqli fəaliyyəti strukturlaşdırmaqda yardımçı olan və bu fəaliyyəti produktiv edən yolları təsvir edir.
Sıfırdan Birə: Stratup-lar haqqında qeydlər və ya Gələcəyi yaratmağın yolları
Facebook, Microsoft, Paypal, Instagram, Twitter, Linkedin, Whatsapp kimi bir startup fikriniz var, amma bunu necə həyata keçirəcəyinizi bilmirsiniz? PayPal-ın qurucularından və Facebookun sərmayəçilərindən biri olan investor Piter Tiel həmin problemin həllini oxuyacağınız bu kitabda verir. Müəllifin fikrincə, yeni bir şey etməkdənsə, mövcud olanı kopyalamaq həmişə daha asandır. Əvvəllər bildiyimiz bir işi görmək dünyanı 1-dən n-ə aparır. Ancaq yeni bir şey etdikdə 0-dan 1-ə gedirsiniz. Və uğur qazanmaq üçün bu yolu izləmək lazımdır.
Çevik və asta düşüncə
Bizim addımlarımızı və hərəkətlərimizi fikirlərimiz müəyyən edir. Məgər biz daim öz fikirlərimizə nəzarət edirik? Nobel mükafatı laureatı Daniel Kaneman qeyri-rasional addımlar atmağımızın və səhv qərarlar qəbul etməyimizin səbəblərini izah edir. Düşüncəmiz iki sistemə malikdir. “Asta” düşüncə biz misal həll edəndə və ya məhsul seçəndə işə düşür. Adətən bizə elə gəlir ki, bu proseslərə nəzarət edirik, amma unutmayaq ki, şüurumuzda “cəld” düşüncə də işləyir – avtomatik, ani və dərk edilməyən...
Bir Tək Şey
Bir Tək Şey hədəfinizi tapmaq və bu hədəfə çatmaq üçün sizə lazım olan vasitələr haqqında bir kitabdır. Hədəflərə çatmaq məsələsi ilə bağlı danışılanların əksəriyyətinin mifdən ibarət olduğunu düşünən müəlliflər, uğur qazanmaq üçün lazımsız fikirlərdən və işlərdən azad olub, ən vacib məsələ üzərində fokuslanmağı tövsiyə edir. Uğura aparacaq bir tək şeyin nə olduğunu öyrənmək istəyirsinizsə, bu kitabı mütləq oxumalısınız.
Milyonçu kimi düşün
"Milyonçu kimi düşün" kitabı sizə öz düşüncə sisteminizi analiz etməyi və varlı olmağınıza mane olan düşüncələrinizi, vərdişlərinizi və davranışlarınızı görməyə kömək edəcək. Bu kitab yararsız düşüncə qəliblərindən xilas olub, yeniləri və faydalılarını formalaşdırmağınıza şərait yaradacaq.
Möhtəşəm Tövsiyələr (Qabiliyyətli insanlar üçün!)
Möhtəşəm Tövsiyələr (qabiliyyətli kəslər üçün!) kitabında yazıçı Corc Luis bizə 120 tövsiyə verir. Qısa məzmuna müəllifin marketinq dünyasını və mədəni həyatımızı dərindən dəyişdirən şəxsi yaradıcı fikirlərini, həqiqətləri şərh edən tövsiyələrini və həyat hekayələrini oxuyacaqsınız. Siz də daxilinizdəki yaradıcı potensialı aşkar etmək istəyirsinizsə, bu kitabı mütləq oxuyun.
Dahilər və digərləri: Bəzi insanlar niyə daha çox uğur qazanır?
Müvəffəqiyyətli insanlar haqqında danışılan bir hekayə var və həmin hekayədə onların ağıllı və həvəsli olduğu deyilir. Malkolm Qladvel isə bu kitabında müvəffəqiyyətin real hekayəsinin bundan xeyli fərqli olduğunu və bəzi insanların niyə müvəffəqiyyətli olduğunu anlamaq üçün onların ətrafına daha diqqətli baxmalı olduğumuzu iddia edir. Məsələn ailələri, doğum yerləri və hətta doğum tarixləri ... Müvəffəqiyyətin bu hekayəsi hamının düşündüyündən daha mürəkkəb və maraqlıdır.
4 Saatlıq İş Həftəsi
4 Saatlıq İş Həftəsi müxtəlif və çoxsaylı həyat tərzi variantları təqdim edərək vaxtınızı və maddi azadlığınızı artırmağa istiqamətlənən texnikalar öyrədir. Passiv gəlirləri avtomatlaşdıraraq və özünüzü səmərəsiz işlərdən xilas edərək “yeni zəngin” kimi yaşaya bilərsiniz - bu termin istədiyiniz şeyə sahib olmaq, istədiyiniz şeyi etmək və istədiyiniz şey olmaq kimi izah edilir. Müəllif Tim Feris dahidir və bu kitab hər bir təşəbbüskarın, ya da internet marketoloqunun nəzərdən keçirmək istəyəcəyi bir kitabdır.
Sənin ən yaxşı ilin
[ İlk dəfə azərbaycan dilində! ]
Hamımız yaxşı bir həyat yaşamaq və öz potensialımızı reallaşdırmaq istəyirik. Ancaq tez-tez müəyyənləşdirdiyimiz hədəflərdən əl çəkir və ya onları unuduruq. İllər keçir, ancaq biz arzularımızı həyata keçirmirik. New York Times jurnalının ən çox satılan müəlliflərindən biri olan Maykl Hyatt “Sənin ən yaxşı ilin” kitabında sizə məqsədlərinizi müəyyənləşdirmək və onları reallaşdırmaq üçün güclü, sübut olunmuş və tədqiqata əsaslanan bir sistem təqdim edir. Kitab 2018-ci ildə nəşr olunub, ilk dəfə azərbaycan dilində qısa məzmunu Readit sizlərə çatdırır.
Qeyd. Kitab rus və türk dillərinə hələ tərcümə edilməyib.