Sorğu üzrə axtarış nəticələri " 🌳 Ivermectin For Humans Where To Buy Canada ➡️ www.Ivermectin-Stromectol.com ⬅️ Ivermectin For Lice In Humans 🔷 Ivermectin 3 Mg Tablets Canada - Ivermectin 6mg Online Canada"
Mavi okean strategiyası
Mavi okean startegiyası dünyanın 40 dilinə tərcümə edilmiş ən məşhur strategiya kitabıdır. Bu strategiyanın çox sadə ideyası var: Rəqiblərə qalib gəlməyin ən yaxşı yolu onlarla mübarizə aparmamaqdır. “Strategiya”nın müəllifləri kənara çəkilib yenilik etməyin yeganə yol olmasına əmindirlər. Bu zaman sizin biznesiniz “Mavi okean”ın sakit sularında inkişaf edəcək. Kitabda Çan Kim və Moborn şirkəti rəqabət stressindən çıxartmaq və yeni biznes modelinin yaratmaq üçün ətraflı təlimatlar təklif edirlər.
Bənövşəyi İnək
Çox vaxt yaxşı məhsulun olması sizin bazardakı mövqeyinizi möhkəmlətmir. Ətrafda o qədər çox reklam var ki, bizim şüurumuz reklam mesajlarını dərk etməkdən imtina edir. İstehlakçı süzgəcindən keçmək üçün isə sizə qeyri-adi bir məhsul – Çəhrayı İnək lazımdır.
Effektiv Rəhbər
Effektiv idarə etmə öyrənilə bilər. Effektiv fəaliyyət düzgün addımları atmaq və düzgün qərarları qəbul etməklə əlaqədardır. Bu, əslində beş kompleks duyğudan ibarət bir vərdişdir və praktika vasitəsilə qazanıla bilər. Dünyanın hər yerindən olan effektli liderlərlə 60 ildən çox əməkdaşlıq təcrübəsinə əsaslanan Effektiv Rəhbər kitabı həm “Nə etmək”, həm də “Necə etmək” haqqındadır.
Təmizliyin möcüzəli sirri
«Təmizliyin möcüzəli sirri” kitabında müəllif həyatınızı birdəfəlik dəyişə biləcək qaydadan söhbət açır. Deyəcəksiniz ki, bu mümkün deyil? Bu ümumi reaksiyadır, belə ki, hər birimiz evdə təmizlikdən sonra çox vaxt eyni nəticələrlə üzləşmişik. Bu, ağıllı və effektiv üsul natəmizliyə birdəfəlik qalib gəlmək üçün uğurlu bir metoddur.
100 Dollarlıq Startup
İnvestor və yazıçı olan Kris Qalbou “100 Dollarlıq Startup” kitabında 100 dollar və daha azı ilə belə biznes qurula biləcəyini, burada vacib olan əsas məsələnin insanın şəxsi qabiliyyətləri olduğunu deyir. New York Timesin ən çox satılan biznes kitabları siyahısında ilk sıralarda yer tutan “100 Dollarlıq Startup” kitabı xüsusilə gənc sahibkarlar üçün əhəmiyyətli tövsiyələr təqdim edir. Bu kitabın qısa məzmununu ilk dəfə olaraq azərbaycan dilində saytımızdan oxuya bilərsiniz.
Altı şlyapa nəzəriyyəsi
Altı şlyapa metodu – ingilis yazıçısı, psixoloqu və yaradıcı təfəkkür sahəsində mütəxəssis olan Edvard de Bononun hazırladığı ən səmərəli üsuldur. Bu kitabda müəllif kollektiv və şəxsi əqli fəaliyyəti strukturlaşdırmaqda yardımçı olan və bu fəaliyyəti produktiv edən yolları təsvir edir.
Sarafan marketinqi
“Sarafan marketinqi” kitabı şirkət haqqında müsbət söz-söhbətin və şayiələrin TV reklamdan da daha effektiv bir alət olmasından danışır. Müəllif nümunələr və təlimatların köməyi ilə məhsul haqqında pozitiv söz-söhbətin yaradılmasını ətraflı təsvir edir. Əslində bu kitab məmnun müştərilərin digərlərinə məsləhət görərək bu və ya digər xidmətlərin və ya məhsulların niyə görə xoşlandıqlarını danışaraq pulsuz reklam etmələri haqqındadır. Sarafan marketinqinə insanlar daha çox inanırlar, çünki məsləhət görən insanın bu prosesdə çox vaxt şəxsi marağı olmur.
Bir dəfə Şimali Koreyada
“Bir dəfə Şimali Koreyada” kıtabı öz oxucusunu dünyanın ən az tanınan ölkəsinə səyahətə aparır və burada yaşayan cavan nəslin necə “qul və əsgər”lərə bölündüyünü onlara çatdırır.
Çevik və asta düşüncə
Bizim addımlarımızı və hərəkətlərimizi fikirlərimiz müəyyən edir. Məgər biz daim öz fikirlərimizə nəzarət edirik? Nobel mükafatı laureatı Daniel Kaneman qeyri-rasional addımlar atmağımızın və səhv qərarlar qəbul etməyimizin səbəblərini izah edir. Düşüncəmiz iki sistemə malikdir. “Asta” düşüncə biz misal həll edəndə və ya məhsul seçəndə işə düşür. Adətən bizə elə gəlir ki, bu proseslərə nəzarət edirik, amma unutmayaq ki, şüurumuzda “cəld” düşüncə də işləyir – avtomatik, ani və dərk edilməyən...
Yaxşı strategiya, pis strategiya
“Yaxşı Strategiya, Pis Strategiya” kitabı strateqlərin yeni fürsətlər və ehtimallar üçün fikir mübadiləsi apardığı çox yaxşı bir kitabdır. Bu kitab strateji düşüncə və siyasəti tətbiq etmək məsələsində bir çox təkliflərdən bəhs edir. Kitab idarəetmə sahəsinin tələbələrinə kiçik və böyük şirkətlərin müvəffəqiyyətli olmaq üçün mənimsədikləri əsas strategiyaları və onlarla bağlı nümunələri bilmələri üçün öyrədilməlidir.