Sorğu üzrə axtarış nəticələri " 🎈 Cheap Stromectol 🏅 www.Ivermectin4Sale.com 🏅 Stromectol Over The Counter Buy 🍓 Ivermectin Stromectol Cancer . Order Stromectol Online For Humans"
Mavi okean strategiyası
Mavi okean startegiyası dünyanın 40 dilinə tərcümə edilmiş ən məşhur strategiya kitabıdır. Bu strategiyanın çox sadə ideyası var: Rəqiblərə qalib gəlməyin ən yaxşı yolu onlarla mübarizə aparmamaqdır. “Strategiya”nın müəllifləri kənara çəkilib yenilik etməyin yeganə yol olmasına əmindirlər. Bu zaman sizin biznesiniz “Mavi okean”ın sakit sularında inkişaf edəcək. Kitabda Çan Kim və Moborn şirkəti rəqabət stressindən çıxartmaq və yeni biznes modelinin yaratmaq üçün ətraflı təlimatlar təklif edirlər.
Düşün və Varlan
Düşün və Varlan 1937-ci ildə Napoleon Hill tərəfindən yazılıb və fərdi inkişaf kitabı olaraq tanıdılıb. Kitabın böyük qisimi gəlir artımı ilə əlaqədardır. Müəllif, həmçinin, kitabda öyrədilən fəlsəfənin insanların hər hansı bir sahədə müvəffəqiyyətli olmasına kömək edəcəyini söyləyir. İlk dəfə 1970-ci ildə nəşr olunan Düşün və Varlan kitabı elə həmin il 20 milyondan çox satılıb, eyni zamanda, 2015-ci ilə qədər dünya səviyyəsində 100 milyon nüsxə satılıb. BusinessWeek jurnalının Ən çox satılanlar siyahısında nəşr olunduqdan 70 il sonra belə ən çox satılan iş kitabı oldu. Bu kitab Con C. Maksvelin Ömür Boyu "Must Read" Kitab Siyahısında da öz yerini tutub.
Bir dəfə Şimali Koreyada
“Bir dəfə Şimali Koreyada” kıtabı öz oxucusunu dünyanın ən az tanınan ölkəsinə səyahətə aparır və burada yaşayan cavan nəslin necə “qul və əsgər”lərə bölündüyünü onlara çatdırır.
Çevik və asta düşüncə
Bizim addımlarımızı və hərəkətlərimizi fikirlərimiz müəyyən edir. Məgər biz daim öz fikirlərimizə nəzarət edirik? Nobel mükafatı laureatı Daniel Kaneman qeyri-rasional addımlar atmağımızın və səhv qərarlar qəbul etməyimizin səbəblərini izah edir. Düşüncəmiz iki sistemə malikdir. “Asta” düşüncə biz misal həll edəndə və ya məhsul seçəndə işə düşür. Adətən bizə elə gəlir ki, bu proseslərə nəzarət edirik, amma unutmayaq ki, şüurumuzda “cəld” düşüncə də işləyir – avtomatik, ani və dərk edilməyən...
Siqareti tərgitməyin asan yolu
Alen Kar öz şəxsi təcrübələrindən çıxış edərək siqareti tərgitmək üçün xüsusi bir üsul yaradıb. Bu üsulu “Siqareti tərgitməyin asan yolu” kitabında şərh edən müəllif inanır ki, həqiqətən istəyən hər kəs siqareti tərgidə bilər. Müəllifin bu kitabı 47 dilə çevrilib və onun üsulu sayəsində 14 milyondan çox insanın siqareti tərgitdiyi bildirilir.
Riski anlamaq: düzgün istiqaməti necə seçməli?
Bu kitab qeyri – müəyyən və riskli hallarda düzgün qərar vermək üsullarını öyrədir. Riski anlamaq sağlamlığımız, pulumuz və münasibətlərimiz üçün baha başa gələn risk və qeyri-müəyyənlikləri düzgün qiymətləndirməyi öyrənmək deməkdir. Risklərimizi daha yaxşı anlasaq, mütəxəssis olmadan belə bu çətin dünyada doğru istiqamətdə hərəkət etməyə kömək edən bacarıqları inkişaf etdirə bilərik.
Sarafan marketinqi
“Sarafan marketinqi” kitabı şirkət haqqında müsbət söz-söhbətin və şayiələrin TV reklamdan da daha effektiv bir alət olmasından danışır. Müəllif nümunələr və təlimatların köməyi ilə məhsul haqqında pozitiv söz-söhbətin yaradılmasını ətraflı təsvir edir. Əslində bu kitab məmnun müştərilərin digərlərinə məsləhət görərək bu və ya digər xidmətlərin və ya məhsulların niyə görə xoşlandıqlarını danışaraq pulsuz reklam etmələri haqqındadır. Sarafan marketinqinə insanlar daha çox inanırlar, çünki məsləhət görən insanın bu prosesdə çox vaxt şəxsi marağı olmur.
Altı şlyapa nəzəriyyəsi
Altı şlyapa metodu – ingilis yazıçısı, psixoloqu və yaradıcı təfəkkür sahəsində mütəxəssis olan Edvard de Bononun hazırladığı ən səmərəli üsuldur. Bu kitabda müəllif kollektiv və şəxsi əqli fəaliyyəti strukturlaşdırmaqda yardımçı olan və bu fəaliyyəti produktiv edən yolları təsvir edir.