Sorğu üzrə axtarış nəticələri " 💫 Stromectol 3mg Pills 🏆 www.Ivermectin4Sale.com 🏆 Ivermectin 3 Mg Over The Counter Uk 🐋 Ivermectin For Humans Over The Counter Usa - Stromectol 6mg Online Usa"
Çevik və asta düşüncə
Bizim addımlarımızı və hərəkətlərimizi fikirlərimiz müəyyən edir. Məgər biz daim öz fikirlərimizə nəzarət edirik? Nobel mükafatı laureatı Daniel Kaneman qeyri-rasional addımlar atmağımızın və səhv qərarlar qəbul etməyimizin səbəblərini izah edir. Düşüncəmiz iki sistemə malikdir. “Asta” düşüncə biz misal həll edəndə və ya məhsul seçəndə işə düşür. Adətən bizə elə gəlir ki, bu proseslərə nəzarət edirik, amma unutmayaq ki, şüurumuzda “cəld” düşüncə də işləyir – avtomatik, ani və dərk edilməyən...
Bənövşəyi İnək
Çox vaxt yaxşı məhsulun olması sizin bazardakı mövqeyinizi möhkəmlətmir. Ətrafda o qədər çox reklam var ki, bizim şüurumuz reklam mesajlarını dərk etməkdən imtina edir. İstehlakçı süzgəcindən keçmək üçün isə sizə qeyri-adi bir məhsul – Çəhrayı İnək lazımdır.
Siqareti tərgitməyin asan yolu
Alen Kar öz şəxsi təcrübələrindən çıxış edərək siqareti tərgitmək üçün xüsusi bir üsul yaradıb. Bu üsulu “Siqareti tərgitməyin asan yolu” kitabında şərh edən müəllif inanır ki, həqiqətən istəyən hər kəs siqareti tərgidə bilər. Müəllifin bu kitabı 47 dilə çevrilib və onun üsulu sayəsində 14 milyondan çox insanın siqareti tərgitdiyi bildirilir.
Riski anlamaq: düzgün istiqaməti necə seçməli?
Bu kitab qeyri – müəyyən və riskli hallarda düzgün qərar vermək üsullarını öyrədir. Riski anlamaq sağlamlığımız, pulumuz və münasibətlərimiz üçün baha başa gələn risk və qeyri-müəyyənlikləri düzgün qiymətləndirməyi öyrənmək deməkdir. Risklərimizi daha yaxşı anlasaq, mütəxəssis olmadan belə bu çətin dünyada doğru istiqamətdə hərəkət etməyə kömək edən bacarıqları inkişaf etdirə bilərik.
Qul necə idarə edilməlidir?
Bu kitab qulları Roma üslubunda idarə etmək üçün masaüstü bir kitab hesab edilirdi. Qul necə idarə edilməlidir? adlı bölmədə Mark Sidonyus Falks qulların haradan və necə əldə alınacağını və onlardan ən yaxşı nəticələri necə əldə edəcəyinizi göstərən praktik tövsiyələr təqdim edir. Bu kitab antik Top Menecerlər üçün nəzərdə tutulmağına baxmayaraq, müasir dövr idarəetmədə bəzi məqamlarda da faydalı ola bilər. Belə ki, müəllif qullara qarşı həyata reallaşdırılan əmr və nüfuzun sirrini açıqlayır, cinayət törədən şəxslərin cəzalandırılmasına dair tövsiyələr verir.
Sarafan marketinqi
“Sarafan marketinqi” kitabı şirkət haqqında müsbət söz-söhbətin və şayiələrin TV reklamdan da daha effektiv bir alət olmasından danışır. Müəllif nümunələr və təlimatların köməyi ilə məhsul haqqında pozitiv söz-söhbətin yaradılmasını ətraflı təsvir edir. Əslində bu kitab məmnun müştərilərin digərlərinə məsləhət görərək bu və ya digər xidmətlərin və ya məhsulların niyə görə xoşlandıqlarını danışaraq pulsuz reklam etmələri haqqındadır. Sarafan marketinqinə insanlar daha çox inanırlar, çünki məsləhət görən insanın bu prosesdə çox vaxt şəxsi marağı olmur.
Altı şlyapa nəzəriyyəsi
Altı şlyapa metodu – ingilis yazıçısı, psixoloqu və yaradıcı təfəkkür sahəsində mütəxəssis olan Edvard de Bononun hazırladığı ən səmərəli üsuldur. Bu kitabda müəllif kollektiv və şəxsi əqli fəaliyyəti strukturlaşdırmaqda yardımçı olan və bu fəaliyyəti produktiv edən yolları təsvir edir.
Emosional Zəka - Niyə IQ-dən daha vacibdir?
Dr. Daniel Qoleman psixologiya sahəsində yenilik yaradan bu kitabında, “EQ” - nün IQ - dən daha vacib olduğunu sübut edir. Müəllifin tədqiqatlarına görə, emosional zəka insanın bütün fəaliyyətinə təsir edir və onun yoxluğu insanın həm şəxsi, həm də iş həyatında uğur qazanmasına, ictimai münasibətlərinə və sağlamlığına mənfi təsir göstərir. Müəllifin fikrincə, emosional zəka anadangəlmə deyil, fəaliyyət və vərdişlər nəticəsində qazanılır.