Sorğu üzrə axtarış nəticələri " 🦇 Ivermectin For Humans Canada 💚 www.Ivermectin-OTC.com 💚 Ivermectin 12 Mg Usa 🔵 Oral Ivermectin For Humans Uk - Order Ivermectin 12 Mg Online Uk"
iTəqdimat. Stiv Cobsdan təqdimat sirrləri
Bu kitab sizə Stiv Cobsun təqdimat və ona hazırlıq prosesinin sirrlərini öyrədəcək, onun köməyilə keyfiyyətli və möcüzəli çıxış texnikasına yiyələnəcəksiniz. Düzdür, Stiv Cobsun təqdimatının çoxsayılı nüansları var, ancaq onun müxtəlif metodlarından istifadə edərək təqdimatınızı digərlərindən fərqli edə bilərsiniz. Bu texnika sizə möhtəşəm təqdimat hazırlamaqda yardımçı olacaq.
Komandaların beş çatışmazlığı. Liderlik əfsanəsi.
“Rəhbərə mane olan beş istək” və “Öldürücü iclaslar” kitablarının müəllifi Patrik Lensioni bu dəfə isə effektiv komanda quruculuğunun sirrlərini oxucalarla bölüşür. Biznes roman şəklində yazılmış bu kitab hər bir komandanın qarşılaşdığı 5 maneəni analiz edir və praktiki məsləhətlər verir. Bu maneələr sizin də şirkətdə ola bilər, əgər effektiv və qalib komanda yaratmaq istəyirsinizsə, mütləq “Komandaların beş çatışmazlığı. Liderlik əfsanəsi” kitabını oxumalısınız.
Eynşteyn
Ayzekson dahi alim olan Eynşteyn haqqındakı yayılmış miflərin doğru olmadığı barəsində söhbət açır (misal üçün, Albertin məktəbdə riyaziyyatla bağlı problemləri var idi). O, hətta məktəb müəllimi vəzifəsinə sahib olmaq iqtidarında olmayan, patent bürosunun sadə işçisi olan bir insanın elmi inqilab edərək atom və kainatın sirrlərini açmasını kitabda təsvir edir. Bu kitab sizi Albert Eynşteynin Almaniyada “özgə” qismində yaşadığı cavanlığından ABŞ-dakı son günlərinədək səyahətə aparacaq və bu insanın 20-ci əsrin ən görkəmli mütəfəkkirinə necə çevrilməsinə işıq salacaq
Frikonomika. Baş verən hadisələr arasında gözlənilməz baglantılar haqqında fikirlər
Bu kitab sadə və aydın nümunələrlə iqtisadiyyatın yalnız tələb və təklif əyrilərindən ibarət olmamasından, ilk növbədə insanların tələb və təklifi formalaşdırmasından bəhs edir.
Müəlliflər – cavan alim iqtisadçı Stiven Levitt və jurnalist Stefan Dabner çox fərqli bir xüsusiyyətə sahibdirlər. Onlar indiyənədək heç kimin ağlına gəlməyən sadə suallara cavab axtarırlar və xüsusi meyarlarla ölçərək müasir dünyanın asanlıqla dərk olunması tezisini təsdiqləyirlər.
Bacarıqlı övlad yetişdirməyin sirləri
Övladınız dünyaya gəldikdə bir çox işlər və problemlər ikinci plana keçir. Artıq, övlad sizin həyatda əsas qayğınız və sevincinizdir. Yaxşı valideyn kimi dünyaya gəlmirlər, yaxşı valideyn olmağı öyrənmək lazımdır. Bu kitabı oxuduqdan sonra uşaqlarla necə rəftar etməyi öyrənəcəksiniz. Sevgi, səbir, balaca insanın şəxsiyyətinə hörmət düzgün tərbiyənin əsasıdır.
Sarafan marketinqi
“Sarafan marketinqi” kitabı şirkət haqqında müsbət söz-söhbətin və şayiələrin TV reklamdan da daha effektiv bir alət olmasından danışır. Müəllif nümunələr və təlimatların köməyi ilə məhsul haqqında pozitiv söz-söhbətin yaradılmasını ətraflı təsvir edir. Əslində bu kitab məmnun müştərilərin digərlərinə məsləhət görərək bu və ya digər xidmətlərin və ya məhsulların niyə görə xoşlandıqlarını danışaraq pulsuz reklam etmələri haqqındadır. Sarafan marketinqinə insanlar daha çox inanırlar, çünki məsləhət görən insanın bu prosesdə çox vaxt şəxsi marağı olmur.