«Möhtəşəm Liderlik (The Leadership Challenge)»
Ceyms Kouzes və Bari Posner
Kateqoriya : menecment və biznes strategiyası
Bu kitab nə haqqındadır?
[ İlk dəfə azərbaycan dilində]
Ceyms Kouzes və Bari Posner liderliyi ölçüləbilən, öyrəniləbilən və öyrədiləbilən bir qrup davranışların cəmi kimi təsvir edir. “Möhtəşəm Liderlik” kitabı müəlliflər tərəfindən 1982-ci ildə həyata keçirilən bir tədqiqat nəticəsində formalaşdırılıb. Bu zaman müəlliflər yüzlərlə şəxslə müsahibə apardı, bir çox hadisə və anket formalarını araşdırdılar. Nəticə etibarilə, möhtəşəm liderlərin uğurlarını ifadə edən beş əsas təcrübəni müəyyənləşdirdilər.
Dünyada liderlik bacarıqlarının inkişaf etdirilməsinin ən praktik modeli kimi bilinən bu model hamının liderlik potensialına malik olduğunu sübut edir.
Müəllif haqqında:
Ceyms Kouzes bir neçə çox satılan kitabın müəllifi və güclü natiqdir. O, Wall Street Journal tərəfindən ABŞ-dakı 12 ən yaxşı rəhbərlik konsultantından biridir.
Bari Posner Santa Klara Universitetinin nəzdində fəaliyyət göstərən Leavey School of Business-da liderlik üzrə professordur.
Məzmunun dili: azərbaycan dilində
- 1 AZN
- Səbətə at