Həvvanın üç qızı
Qiymətləndirmək

«Həvvanın üç qızı»

Əlif Şəfəq

Kateqoriya : Bədii ədəbiyyat

Bu kitab nə haqqındadır?

Əlif Şəfəq axıcı dili və güclü hadisə axını ilə bizi inanca, inancsızlığa, axtarışa, fərqli qadınlara və eşqə dair möhtəşəm bir səyahətə aparır. Həvvanın üç qızı bizə Türkiyə ilə Avropa, dünən və bu gün arasında hərəkət edən aktual bir hekayə danışır. Bu roman əsrimizin ən çox müzakirə edilən mövzularından birini qeyri-adi qəhrəmanlar vasitəsilə şərh edən, axıcı və heç vaxt yaddan çıxmayacaq bir romandır.


Müəllif haqqında:

Əlif Şəfəq Türk yazıçıdır. İlk romanının nəşr edildiyi 1997-ci ildən bəri yazmağa davam edən müəllif, 2009-cu ildə çap olunan Eşq adlı romanı ilə Türk ədəbiyyat tarixinin ən qısa müddətdə ən çox satılan ədəbi əsərinin yazıçısı tituluna sahib olub. Həmçinin, onun kitabları otuzdan çox dilə tərcümə olunub.

Qısa məzmunun dili: azərbaycan dilində

Yeni bestsellerlər və “must read” kitablar qısa məzmunda