«Buyology: Almaqla bağlı həqiqətlər və yanlışlar»
Martin Lindstrom
Kateqoriya : Satış, Psixologiya
Bu kitab nə haqqındadır?
Marketoloqlar üçün əvəzsiz olan bu kitab marketinq araşdırmalarında yeni era açır. İnsanlar alış-veriş edərkən, seçim zamanı ürəklərinin, yoxsa məntiqlərinin onları istiqamətləndirdiyini araşdıran müəllif FMRI (Funksional Maqnetik Rezonans Görüntüləmə) və SST (Sabit Hal Tipoqrafiyası) adlandırılan iki üsul ilə dünyanın müxtəlif yerlərindən subyektlər üzərində bir sıra tədqiqatlar aparıb. Müəllif tədqiqatların inanılmaz nəticələrini oxucularla bölüşərək vərdişlər barəsində həqiqətləri ortalığa çıxardır. Ümumilikdə, bu kitab müəllifin təcrübələrindən bəhs edir və ən çox satılan kitablar sırasındandır.
Müəllif haqqında:
Martin Lindstrom Danimarkalı yazıçı, jurnalist və brend mütəxəssisidir. 2009-cu ildə Time jurnalının Ən Effektiv 100 İnsanı siyahısında yer tutub. Lindstrom brendlərə konsultantlıq etməklə yanaşı, Time və Fast Company kimi tanınmış jurnallar üçün yazılar yazır.
- 1 AZN
- Səbətə at