«Yuxuların yozumu»
Ziqmund Freyd
Kateqoriya : Psixologiya
Bu kitab nə haqqındadır?
Bu mühüm əsərində Freyd göstərir ki, hətta ən mürəkkəb yuxular belə asanlıqla şərh edilə bilər. Freyd kitabında yuxunun arzunun reallaşdırılması, yaxud istəyin doyurulması olduğunu qeyd edir. Yuxuların oyanıq həyatla əlaqəsi, nələrin yuxuya çevrilməsi, onların səbəblərinin nələr olduğu, yuxuları niyə unutduğumuz, yuxuların psixologiyamıza təsiri, yuxularla ruhi xəstəliklər arasındakı əlaqələr kitabın əsas mövzularıdır. Yuxularımızı anlaşılmaz bir vəziyyətə gətirmək üçün hansı simvollaşdırmalardan, yerdəyişmələrdən və illuziyalardan istifadə etdiyimizdən bəhs edərkən, həm də öz psixoanalitik tədqiqatlarından nümunələr göstərir.
Müəllif haqqında:
Avstriyalı nevroloq Ziqmund Freyd psixoanaliz təliminin banisidir. O, daha çox pasiyent ilə həkim arasındakı dialoqa əsaslanan psixopataloji müalicə üsulunun yaradıcısı kimi tanınır. İnsan psixologiyasının ən dərin qatılarını belə öyrənməyə çalışan Freyd “Yuxuların yozumu”, “Totem və tabu”, “Musa və Təkallahlılıq”, “Psixoanalizə giriş” və s. kimi vacib əsərlərin müəllifidir.
Qısa məzmunun dili: azərbaycan dilində
- 1 AZN
- Səbətə at