Heç vaxt tək yemə
Qiymətləndirmək

«Heç vaxt tək yemə»

Keyt Ferrazi

Kateqoriya : Biznes, Satış

Bu kitab nə haqqındadır?

Müəllif uğur və uğursuzluq arasında incə bir xətt olan əlaqələrinin gücünün vurğulandığı “Heç vaxt tək yemə” kitabını 2005-ci ildə yazıb və kitab uzun müddət ABŞ-da ən çox satılan kitablar siyahısında qalıb. Kitabdan öyrənməli olduğumuz ilk məsələ, insanlarla münasibət qurarkən öz mənafelərimizi fikirləşmək əvəzinə, onların fəaliyyətinə necə dəyər əlavə edəcəyimizi düşünməli olduğumuzdur. Keyt Ferrazi rəhbər və konsultant olaraq yaşadığı hadisələri səmimi bir dillə kitabda əks etdirib.


Müəllif haqqında:

Keyt Ferrazi Amerikalı yazıçıdı və sahibkardır. Eyni zamanda Los Anclesdə yerləşən Ferrazzi Greenlight tədqiqat və konsultasiya şirkətinin yaradıcısı və CEO-sudur. O, New York Times-ın ən çox satılan kitablarından biri olan “Heç vaxt tək yemə” kitabının müəllifidir.

Qısa məzmunun dili: azərbaycan dilində

Yeni bestsellerlər və “must read” kitablar qısa məzmunda