«Bütün dizaynerlərin insanlar haqqında bilməli olduğu 100 məsələ»
Susan Vaynşenk
Kateqoriya : Marketinq, Psixologiya
Bu kitab nə haqqındadır?
Hər dizaynerin insanlar haqqında bilməli olduğu 100 əsas məsələni bir kitabda cəmləyən peşəkar psixoloq Susan Vaynşenk hamımızın necə oxuduğunu, gördüyünü, düşündüyünü, qərar verdiyini və hətta necə hiss etdiyini neyrologiya və davranış elmlərinə əsaslanaraq sadə və maraqlı fikirlərlə izah edir. Hər insanın fərqli bölmələrindən ilhamlana biləcəyi bu kitab bizi nələrin motivasiya etdiyindən tutmuş, necə səhv etdiyimizə qədər bir çox məsələni təhlil edir.
Müəllif haqqında:
Susan Vaynşenk 1985-ci ildən etibarən dizayn və istifadəçi təcrübəsi sahəsində işləyən davranış psixoloqudur. Komputer sistemlərində istifadəçi təcrübəsi haqqında beş kitab çap etdirib və bir çox konfransda çıxış edib. O, eyni zamanda, Weinschenk İnstitutunun qurucusudur.
Qısa məzmunun dili: azərbaycan dilində
- 1 AZN
- Səbətə at