Necə danışmalı ki, uşaqlar qulaq assınlar və necə dinləməli ki, uşaqlar danışsınlar
Qiymətləndirmək

«Necə danışmalı ki, uşaqlar qulaq assınlar və necə dinləməli ki, uşaqlar danışsınlar»

Adel Faber və Eleyn Mazliş

Kateqoriya : Valideynlər üçün kitablar

Bu kitab nə haqqındadır?

“Necə danışmalı ki, uşaqlar qulaq assınlar və necə dinləməli ki, uşaqlar danışsınlar” kitabı valideyn və uşaq arasında olan münasibətlərin effektiv idarəetmə üsulunu praktiki məlumatlarla oxuculara çatdırır. Uşaqları təhdidlər, cəzalar, rüşvət və ya yalvarmalar vasitəsilə əməkdaşlığa razı salmaq əvəzinə, müəlliflər onların özlərini yaxşı hiss etmələrini təmin etməyi məsləhət görürlər və müxtəlif yollar təklif edirlər. Kitab xüsusən valideynlər və valideyn olmağa hazırlaşanlar üçün ideal bir praktiki təlimatdır.


Müəllif haqqında:

Adel Faber amerikalı yazıçıdır. O, valideynlik və ailə haqqında kitablar yazır, həmçinin, böyüklər və uşaqlar arasında ünsiyyət üzrə ekspertdir.

Eleyn Mazliş amerikalı yazıçı və valideynlik üzrə təlimçidir. O, valideynlərin və müəllimlərin uşaqlarla daha yaxşı ünsiyyət qurmasına kömək edən kitablar yazır. Eleyn Mazliş, həmçinin, kitablarındakı metodlara əsaslanan müxtəlif praktiki seminarlar təşkil edir.

Qısa məzmunun dili: azərbaycan dilində

Yeni bestsellerlər və “must read” kitablar qısa məzmunda