Sizi uğura aparacaq 5 kitab
Müasir tarixin formalaşdığı bir neçə min il ərzində insanları ən çox düşündürən suallardan biri budur - uğurlu insanları bu qədər uğurlu edən nədir? Bunun cavabı o qədər də qəliz deyil əslində, uğurlu insanları uğurlu edən onların həyata baxışarı, vərdişləri, həyatlarının müxtəlif aspektlərini yaxşı idarə etmələridir. Onlar buna anadangəlmə deyil, biliklər əldə edərək, doğru kitabları oxuyaraq nail olurlar. Bu kitablardan bəzilərini sizin üçün seçdik:
1. BİR TƏK ŞEY
Müasir dövrümüzün ən böyük problemlərindən biri yəqin ki, insanların çox məşğul olmaları, eyni anda bir neçə məsələnin arxasınca qaçması və bu həyat tərzinin gətirdiyi gərginliklərdir. E-poçtların, statusların, tvitlərin, mesajların və görüşlərin gündəlik yağışı diqqətinizi yayındırır və sizi stresə salır. İşin və ailənin eyni vaxtda tələbləri sizi dözülməz formada yükləyir. İkinci dərəcəli işlər, buraxılmış son tarixlər, daha kiçik maaşlar, daha az irəliləyişlər - və çoxlu stress. İnsanlar ilin öncəsində hədəflər qoyur, lakin ilin sonunda görürlər ki, istədiklərinə nəninki çatmayıblar, heç yaxınlaşmayıblar da.
Daha az şey edərək, daha az enerji sərf edərək daha çox şeyə nail olmaq olar? Əlbəttə! Qari Kellerin bu kitabında irəli sürdüyü sadə və güclü konsepsiyada bunun cavabını tapacaqsınız.
P.s. Bu 5 kitabı və əlavə 11 möhtəşəm kitabı – DAHA AĞILLI İDARƏ ET! kitabında oxuya bilərsiniz.
2. YOXLAMA SİYAHISI MANİFESTİ
Yaşadığımız əsrdə heyrətamiz texniki biliyə malikik. Biz indi daha uzun müddət təhsil alır, daha çox ixtisaslaşır və daha qabaqcıl texnologiyalardan istifadə edirik. Bəli, bilik bizi çox bəlalardan xilas etdi, amma eyni zamanda üzərimizə ağır yük qoydu. İnanılmaz dərəcədə texniki biliklərə baxmayaraq, qarşısı alına bilən uğursuzluqlarımızı yorucu tezliklə təkrarlamağa başlamışıq.
Bunun öhdəsindən gəlmək üçün bizə fərqli strategiya lazımdır. İnsan çaşqınlığının yaratdığı boşluğu aradan qaldıran sadə strategiya. Bu gülünc sadəlikdədir. Belə bir strategiya var və uzun illər əvvəl tapılmışdır. Yoxlama siyahısı.
2010-cu ildə Time jurnalı tərəfindən dünyanın 100 ən nüfuzlu adamından biri adlandırılan Atul Qavande daha yaxşısını edə biləcəyimiz fikrini müdafiə edir və həll yolu kimi bizə mümkün olan ən effektiv yolu göstərir: yoxlama siyahısı. Qavande maraqlı real həyat hekayələri ilə, yoxlama siyahılarının uçan təyyarələrdən tutmuş yüksək səviyyəli göydələnlərin tikintisinə qədər gördüyümüz ən çətin işlərin necə idarə edilə biləcəyini izah edir.
3. SƏNİN ƏN YAXŞI İLİN
Hamımız yaxşı bir həyat yaşamaq və öz potensialımızı reallaşdırmaq istəyirik. Ancaq tez-tez müəyyənləşdirdiyimiz hədəflərdən əl çəkir və ya onları unuduruq. İllər keçir, ancaq biz arzularımızı həyata keçirmirik. New York Times jurnalının ən çox satılan müəlliflərindən biri olan Maykl Hyatt “Sənin ən yaxşı ilin” kitabında sizə məqsədlərinizi müəyyənləşdirmək və onları reallaşdırmaq üçün güclü, sübut olunmuş və tədqiqata əsaslanan bir sistem təqdim edir.
4. YÜKSƏK EFFEKTLİ İNSANLARIN 7 VƏRDİŞİ
Dövrümüzdə motivasiya ilə bağlı yazılan kitablar kifayət qədər çoxdur. Ancaq onlarda qeyd olunan məsləhətlər müəyyən qədər müvəqqəti xarakter daşıyır. Yəni siz onları maksimum bir və ya iki dəfə tətbiq edə bilərsiniz, onlar daimi prosesə çevrilmir. Ancaq Kovi sizə həyatınızı asanlaşdıran və uğurunuzu təmin edən yeddi vərdişə yiyələnməyi tövsiyə edir. “Yüksək effektli insanların 7 vərdişi” adlı kitabında həmin vərdişləri sadalayır və ətraflı şərhini verir. Bu kitab nəşr olunduğu gündən etibarən çox satılanlar siyahısından düşmür və “oxunmalı olan kitablar” siyahısında ilk sıralarda qərarlaşıb. Kitab həyatını asanlaşdırmaq istəyənlərə, yeni işə və fəaliyyətə başlayanlara, ümumiyyətlə götürdükdə isə hər kəsə faydalı ola biləcək bir kitabdır.
Kitabda təsvir olunan 7 Vərdiş müəllif tərəfindən bir sistem kimi birləşdirilmişdir. Buna görə də bu olduqca güclü yeddi alət, hətta ayrılıqda belə insana əlavə güc verir və istifadəsi asanlaşır.
5. VECİNƏ ALMAMA SƏNƏTİ
"Hər şeyi yaxşı tərəfdən görmək" anlayışı yaxşı görünsə də, həqiqət budur ki, həyat bəzən pisdir və edə biləcəyiniz ən doğru şey bunu qəbul etməkdir. Mənfi emosiyaların inkar edilməsi daha dərin və uzunmüddətli mənfi emosiyalara və emosional pozğunluğa gətirib çıxarır. Daim pozitiv olmaq həyat problemlərinin həlli deyil, inkarın bir formasıdır. Dəyərləri düzgün seçsəniz, bu məsələlər sizə canlılıq, güc və həvəs verəcək. Müasir dünya necədir? Özünüzü xırda bir şeyə görə pis hiss edirsiniz, sosial medianı açırsınız, son dərəcə xoşbəxt və gözəl həyat sürən insanların 350 fotoşəkili ilə bombardman edilirsiniz. Bu halda hər şeyin sizin günahınız olduğunu hiss etməmək mümkün deyil təbii ki. Dəyərsiz şeylərdən narahat olmamaq çox vacibdir. Bu məsələ dünyanı xilas edəcək. Dünyanın bəzən pis olduğunu və bunun təbii bir proses olduğunu qəbul edərək yaşamalısan.
Siz də xırda şeyləri vecinizə almaqdan yorulmusunuzsa, Mark Menson təfindən yazılmış bu möhtəşəm kitab sizə dərman kimi gələcək.
Mütaliə etmək sizi daima inkişaf etddirən və uğura aparacaq əsas vərdişlərdən biridir. Odur ki, bu vərdişi özünüzdə formalaşdırın. Vaxtınıza qənaət edərək oxucusunun 70%-dən çoxu top menecer, biznes sahibi olan DAHA AĞILLI İDARƏ ET kitabını https://book.readit.az səhiifəsindən sifariş verə bilərsiniz.