“Təmizliyin möcüzəli sirri” kitabının qısa məzmunundan bir hissə (Mari Kondo)

“Təmizliyin möcüzəli sirri” kitabının qısa məzmunundan bir hissə (Mari Kondo)

Hamımızın başına gələn hadisə: Evdə dərindən təmizlik aparmağımızdan asılı olmayaraq tezliklə hər tərəf yenidən zibillənir və evə yenidən əl gəzdirmək lazım olur. “Təmizliyin möcüzəli sirri” kitabının müəllifi  Mariya Kondo sizinlə öz uğurunun sirrini bölüşməyə hazırdır.  Bu kitabda o, həyatınızı birdəfəlik dəyişə biləcək qaydadan söhbət açır. Deyəcəksiniz ki, bu mümkün deyil? Bu ümumi reaksiyadır, belə ki, hər birimiz evdə təmizlikdən sonra çox vaxt eyni nəticələrlə üzləşmişik. Bir çoxlarında bu proses pəhrizlə assosiyasiya olunur. Pəhriz tuturuq, bu müddət ərzində arıqlayırıq, ancaq köhnə həyat tərzinə qayıtdıqda yenidən əvvəlki formamıza dönürük. Bu hal təmizlik prosesində də təkrarlanır. Biz düzgün qayda ilə təmizlik aparmadığımıza görə ətrafımız daha tez zibillənir.

Mariya Kondo metodu çox sadədir. Bu, ağıllı və effektiv üsul natəmizliyə birdəfəlik qalib gəlir. Kitabın əsas ideyası bundan ibarətdir: Sevdiyiniz əşyaları saxlayın. Öz funksiyasını yerinə yetirmiş əşyalardan azad olun. Tullamaqda çətinlik çəkdiyiniz əşyalarla qarşılaşdıqda onların həqiqi məqsədləri barəsində düşünün. Mənsub olduğunuz bir çox əşyaların artıq öz rolunu çoxdan oynayıb bitirməsindən təəccüblənəcəksiniz. Onların həyatınızdakı əməyini qiymətləndirərək, onları buraxıb həyatınızı daha da yüngülləşdirə bilərsiniz. Sonda sizinlə sözün əsl mənasında lazımi və sizin önəm verdiyiniz əşyalar qalacaq.

Mariya Kondo uğurunun əsas sirrləri:

- Təmizlik aparmağı öyrənmək lazımdır. Siz bunu düzgün etdiyiniz zaman düşüncə tərziniz və həyatınız əsaslı dərəcədə dəyişəcək.

- İdeal həyat barəsindəki fikirlərinizi əyaniləşdirməyə çalışın.

- Otaqlar üzrə deyil, kateqoriyalar üzrə təmizlik aparın.

- Keçmişinizi başa düşərək gələcəyinizi qaydasına sala bilərsiniz.

- Təmizlik zamanı evinizlə söhbət edin.

- Ən əsası ətrafınızdakı əşyaların ilkin funksiyasını yerinə yetirib yetirməməsini anlamaqdır.

"Təmizliyin möcüzəli sirri" kitabının qısa məzmununu buradan oxuya bilərsiniz. 


Bütün xəbərlər