«Riski anlamaq: düzgün istiqaməti necə seçməli?» kitabının qısa məzmunundan bir hissə
Riski anlamaq sağlamlığımız, pulumuz və münasibətlərimiz üçün baha başa gələn risk və qeyri-müəyyənlikləri düzgün qiymətləndirməyi öyrənmək deməkdir. Risklərimizi daha yaxşı anlasaq, mütəxəssis olmadan belə bu çətin dünyada doğru istiqamətdə hərəkət etməyə kömək edən bacarıqları inkişaf etdirə bilərik.
Doğru qərarı qəbul etməyi öyrənin.
Gündəlik həyatımızda sonsuz sayda seçimlərlə üzləşirik: zəngli saat səslənən kimi çarpayıdan dərhal qalxmağa dəyər, yoxsa daha bir neçə dəqiqə yatmaq olar? İşə avtobusla, yoxsa avtomobillə gedək? Bankdan kredit götürüb yeni ev tikmək, yoxsa əvvəlki evdə yaşamağa davam etmək?
Şəraitdən asılı olmayaraq həmişə doğru seçim etməyə çalışırıq. Lakin bunu etmək üçün qarşımızda olan variantları və məhdudiyyətləri yaxşı anlamalıyıq.
Bu iki sadə suala cavab axtarmaq cəhdləri bizi bir sıra problemlərlə üzləşdirir. Bilmədiyiniz bir şeyi necə anlaya bilərsiniz? Hərəkətlərinizin gələcək nəticələrini qeyri-müəyyən olduğunu bilə-bilə necə doğru seçim edə bilərsiniz?
Kitabın məqsədi kifayət qədər məlumatlı olmadığınız təqdirdə fikirlərinizə bir qədər aydınlıq gətirməyə imkan verəcək bəzi bacarıqları sizdə formalaşdırmağa yardım etməkdir. Bununla yanaşı düzgün sualları verməklə sizə məlum olan az informasiyadan daha çox nəticə əldə etməyin yolları açıqlanacaq.
Bu qısa məzmundan öyrənəcəkləriniz:
- Risk, əminlik və qeyri-müəyyənliyin fərqi;
- Sadə praktik bir qayda təyyarənin sərnişinlərinin həyatını necə xilas etdi;
- Niyə HİV testinin müsbət nəticəsi hələ ölüm hökmü demək deyil;
«Riski anlamaq: düzgün istiqaməti necə seçməli?» kitabının qısa məzmununu online tam olaraq buradan oxuya bilərsiniz.