Motivasiya puldan asılıdırmı?

Motivasiya puldan asılıdırmı?

Motivasiya ilə pul bağlıdırmı? İnsanların yaxşı işləməsi üçün daha çox ödənişə ehtiyac varmı?

Psixometriya üzrə mütəxəssis və Londonun Universitet kollecinin professoru Tomas Çamorro – Premuziç HBR-da (Harvard Business Review)  bir araşdırma dərc edib. O, öz yazısında bir çox işəgötürənləri maraqlandıran motivasiya və pulun bir-birindən asılığı ilə bağlı sualları cavablandırmağa çalışıb. Onun məqaləsinin əsas hissəsini sizə çatdırırıq:

1. Maaşın səviyyəsi ilə işdən məmnunluq səviyyəsi bir-biri ilə zəif asılıdır. Bundan başqa maaşdan məmnunluğun özü maaşın səviyyəsindən az  asılıdır.

2. Maddi stimullar daxili motivasiyanı aşağı sala bilər. Tapşırıq nə qədər maraqlı olarsa və ona verilən stimullar nə qədər aydın olarsa daxili motivasiya bir o qədər aşağı düşə bilər.

3. Əgər tapşırıq maraqlı deyilsə, darıxdırıcıdırsa, xarici stimullar motivasiyanı artıra bilər.

4. İşçinin işə marağı xarici stimullardansa daxili motivdən daha çox asılıdır. Bu motivlər bir – birilə rəqabət aparır: diqqətinizi pula deyil, işə yönəltdikdə daha çox öz işinizi sevirsiniz.

5. Maaş artımı bir məbləğə qədər  əhval-ruhiyyəni artırır, ancaq sonra bir dəyişiklik baş vermir (ABŞ-da bu məbləğ ilə 75 000 USD-dir).

6. Motivasiya gəlirin sizə nə üçün lazım olduğundan asılıdır: güc üçün, özünlə bağlı şübhələri aradan götürmək üçün (bu hallarda motivasiya aşağıdır) və ya təhlükəsizlik səviyyəsini qaldırmaq, ailə saxlamaq, yaxşı istirahət etmək üçün (bu hallarda isə motivasiya yuxarı olur).

7. İşdən məmnunluq maaşdan çox insanın şəxsiyyətindən asılıdır. Daha çox emosional stabil, ünsiyyətcil, xoş və şüurlu insanlar adətən öz işlərini daha çox sevirlər.

Motivasiya ilə biliklərini artırmaq istəyirsinizsə Deniel Pinkin “Drayv. Bizi nə motivasiya edir?” kitabını mütləq oxumalısınız. Bu kitab son illər motivasiya haqqında yazılmış ən vacib kitabdır. Kitabın qısa məzmununu buradan oxuya bilərsiniz.

Məqalənin orijinalı ilə buradan tanış ola bilərsiniz: https://hbr.org/2013/04/does-money-really-affect-motiv


Bütün xəbərlər