Biznes dünyasının macəraları (Business adventures)

Biznes dünyasının  macəraları (Business adventures)

Con Bruks

 

 “Biznes dünyasının macəraları” kitabı XX əsrin mühüm iqtisadi, işgüzar epizodları və maliyyə siyasəti haqqında bütöv təsəvvür yaradır.  Burada Amerika biznesinin tarixində baş verən və nəticələri bu gün də açıq-aşkar hiss olunan əsas hadisələr öz  əksini tapır. 

 

Kitab düşünülmüş korrupsiyalar və maliyyə dünyasının dəyişkən  xarakterindən bəhs edən 12 klassik  bölmədən ibarətdir. Bu bölmələrin hər birində nümunəvi bir şirkətin necə uğur əldə etməsi və yaxud iqtisadi böhran zamanı  özünü necə aparması təsvir olunur.

 

Kitab öz biznesinin idarəetməsini gücləndirmək istəyən biznesmenlər, eyni zamanda yeni biznes qurmağa hazırlaşanlar üçün faydalı məlumatlar ilə zəngindir.

 

Bu kitab oxuculara konkret məlumatlarla və real şəxslərin, şirkətlərin nümunəsində necə uğur qazanmağı və problemləri həll etməyi öyrədir. Siz kitabı oxuduqdan sonra əməkdaşlarınıza və müdirlərinizə göstərəcəyiniz münasibəti, həmçinin onların fəaliyyətlərinin əsl tərəflərini müəyyənləşdirə biləcəksiniz.

 

Bizim maliyyə bazarını və biznes etikasını anlamağımız üçün tarixə nəzər salmağımız bir çox hallarda yetərli olacaq. Misal üçün, bir insanın öz hüquqlarını tələb edərək  mübarizə  aparması, bu gün insanların iş yerindəki hüquqlarının formalaşmasına təsir etməsi və yaxud da vergi məcəlləsini öyrənməyin sizə necə qazanc gətirəcəyini öyrənəcəksiniz.

 

Bu kitabın qısa məzmununu saytımızdan azərbaycan, türk, rus, ingilisgürcü dillərində oxuya bilərsiniz.

 

Oxucuların qiymətləndirməsi: 9/10

ReadİT komandasının qiymətləndirməsi: 9/10


Bütün xəbərlər