Bacarıqlı övlad yetişdirməyin sirləri (The secrets of raising Super kids)

Bacarıqlı övlad yetişdirməyin sirləri (The secrets of raising Super kids)

Brayan Treysi

 

Valideyn olmaq, uşaq böyütmək olduqca məsuliyyətli bir işdir. Hər bir valideyn öz övladı üçün hər şeyin yaxşısı arzulayır: yaxşı təhsil, yaxşı çevrə,  keyfiyyətli geyim və qida. Bununla da düşünür ki, övladı gələcəkdə yaxşı yerlər tuta biləcək. Ancaq insanın sadəcə bioloji varlıq olduğunu, yanlız fizioloji ehtiyaclarının ödənməsinin onu xoşbəxt edəcəyini düşünmək yanlışdır. Siz onun emosional və sosial inkişafına da kömək etməlisiniz.

 

“Bacarıqlı övlad yetişdirməyin sirrləri” kitabı onlarla dilə tərcümə olunmuş çox dəyərli bir kitabdır.  Bu kitab bütün valideynlərin, eyni zamanda nənə və babaların, hətta ətrafında hər hansı bir uşaq olan hər bir insanın oxumalı olduğu bir kitabdır.

 

Kitabın müəllifi Brayan Treysi qeyd edir ki, uşağın təlim-tərbiyəsinə başlamazdan öncə, məqsədinizin nə olduğunu müəyyənləşdirməlisiniz. Müəllif bu fikri ilə sizə ilk ipucunu verir. Uşağınızı necə böyütmək haqqındakı məqsədiniz onun bütün gələcək həyatını formalaşdıracaq.

 

Valideyn olaraq doğulmurlar, valideyn olmağı öyrənmək lazımdır. Müəllif bu kitabda sizinlə öz təcrübələrini bölüşür, eyni zamanda müxtəlif tədqiqatlara əsaslanır. O sizin əlinizə ediləcək və edilməyəcəklərin konkret siyahısını verir. Bu siyahıdakı məsləhətlərə əməl edərək, həm öz işinizi asanlaşdıracaq, həm şəxsi münasibətlərinizi qaydasında saxlayacaq, həm də özü və cəmiyyət üçün faydalı bir şəxsiyyət yetişdirəcəksiniz.

 

Müəllif deyir ki, siz yaxşı valideyn olmaq üçün ilk növbədə daim axtarışda olmalısınız. Ancaq uşaqlar haqqında mövcud bütün ədəbiyyatları oxumağa fiziki olaraq vaxtınız çatmayacaq. Yenə də araşdırmaqdan, oxumaqdan və öyrəndiklərinizi analiz etməkdən vazkeçməyin.

 

Unutmayın, övladlarınıza verə biləcəyiniz ən qiymətli şey sevginiz və vaxtınızdır. Çoxsayılı araşdırmaların da göstərdiyi kimi, uşaqlar ən çox vaxt keçirdikləri insanlardan nümunə götürürlər, “onlar valideynlərini yamsılayır, hətta onlar kimi danışmağa və zarafat etməyə çalışırlar”. Buna görə də, övladlarınıza yaxşı vərdişlər aşılamaq istəyirsinizsə, əvvəl özünüz onlara əməl edin.

 

Bu kitabın qısa məzmununu saytımızdan azərbaycantürkrus və ingilis dillərində oxuya bilərsiniz.

 

Oxucuların qiymətləndirməsi: 8/10

ReadİT komandasının qiymətləndirməsi: 8/10


Bütün xəbərlər