Rework: Streotipləri sındıran biznes
Ceysan Frayd, Devid Xaynemayer Xansson
RESENZİYA
Dünya sürətlə dəyişir, zamanla biznes nəhənglərini sıxışdırıb meydandan çıxara biləcək inqilabi məhsullar meydana gəlir. Bu kitab oxucunu ideyalarını tətbiq etməyə ruhlandırır. Ətrafınızda sizi neqativə yükləyən insanların fikirlərini vecinizə almadan möhtəşəm hesab etdiyiniz ideyalarınızı gerçəkləşdirməkdən çəkinməyin. Kitabın müəllifləri də öz şirkətlərini qurarkən sizin maneə olaraq gördüyünüz vəziyyətlərdən keçiblər. Ancaq hal-hazırda onların yaratdığı “37Singals” şirkəti milyonlar qazanır.
Kitabdan həm öz şəxsi biznesini yaratmağı düşünənlər, həm yeni başlayan sahibkarlar, həm də təcrübəli biznesmenlər yararlana bilərlər. Hər bir oxucu bu kitabda öz işində tətbiq edə biləcəyi tövsiyələr tapa bilər.
Kitabı oxuduqca sizə aydın olacaq ki, böyüməyə, iclaslara, büdcəyə, direktorlar şurasının yığıncağına, reklam kampaniyalarına, satış heyətinin təşkilinə və ümumiyyətlə, “real həyatın” qanunlarına qarşı çıxan bir şirkət necə hələ də inkişaf edərək çiçəklənməyə qadirdir.
Kitabın əsas başlıqları öz biznesinizi necə qurmaq, onu necə idarə etmək, əməkdaşlarla necə davranmaq, həmçinin məhsuldarlıq, müştərilərlə münasibət və s. kimi məsələləri əhatə edir.
Bu kitab sizin biznesə münasibətinizi kökündən dəyişəcək praktik məsləhətlərdən ibarətdir. Müəlliflər inandırıcı şəkildə sübut edir ki, ənənəvi yol, heç də həmişə ən yaxşısı deyil. Burada biznesinizin yaşının və böyüklüyünün heç bir əhəmiyyəti yoxdur.
Kitabı oxuduqdan sonra buradakı ideyaların və məsləhətlərin sizinkilərlə uyğunluğunu müəyyənləşdirin. Yanlız bundan sonra onlardan səmərəli şəkildə istifadə edərək öz biznesinizi yüksəldə bilərsiniz.
Bu kitabın qısa məzmununu saytımızdan azərbaycan, türk, rus və ingilis dillərində oxuya bilərsiniz.
Oxucuların qiymətləndirməsi: 10/10
ReadİT komandasının qiymətləndirməsi: 10/10