Kəpənək effekti nəzəriyyəsi

Kəpənək effekti nəzəriyyəsi

 

"Amazon meşələrində bir kəpənəyin qanad çırpması, ABŞ-da fırtına baş verməsinə səbəb ola bilər".

 

www.readit.az online kitabxana sizlərə dünya səviyyəsində məşhur nəzəriyyələr barəsində məlumat çatdırmaqda davam edir. Bu günkü mövzumuz Kəpənək effekti (The butterfly effect) nəzəriyyəsidir.

k effekti nədir?
Kəpənək effekti kiçik hadisələrin böyük təsirlərə səbəb ola biləcəyini ifadə edən bir anlayışdır. Başlanğıcda hava proqnozu üçün istifadə edilən bu nəzəriyyə daha sonra elm daxilində və ondan kənarda istifadə edilən bir məcaza çevrildi. Bəzən Xaos nəzəriyyəsi və ya onun tərkib hissəsi hesab edilən kəpənək effekti nəzəriyyəsinə əsasən, hər hansı qeyri-xətti sistemdəki kiçik bir dəyişiklik sonrakı mərhələdə böyük fərqliliklərə səbəb ola bilər.

Tarixi
“Kəpənək effekti” nəzəriyyəsi 1963-ci ildə Edvard N. Lorens kompüter vasitəsilə havanın vəziyyəti ilə bağlı hesablamalar apararkən müəyyənləşdirildi. Alim ilk hesablamada 0,506127 sayını ilkin məlumat kimi istifadə edir. İkinci hesablamada isə 0,506 sayını əldə edir. Bu iki rəqəm arasındakı təxminən 1/1000 (mində bir), yəni bir kəpənəyin qanad çırpmasının yaratdığı küləklə ekvivalent olan fərq olmasına baxmayaraq, proses daxilində ikinci hesablama birinci hesablamaya nəzərən çox fərqli nəticələr verdi.
Lorensin bu kəşfi dünyadakı bütün hadisələrin və həyatın özünün müəyyən bir qanunauyğunluğa tabe olması ilə əlaqədar məlum olan bütün faktları kökündən sarsıtdı.

qiq proqnoz vermək olarmı?
İş əsnasında Lorens bir şeyi anladı: onun modeli nə qədər güclü olsa da, gələcəkdə baş verəcək hər hansı bir şeyi dəqiqliklə proqnozlaşdırmaq qeyri-mümkündür. Doğrudur, hər sistemdə səhvlər ola bilər, ancaq bu sistemdəki səhvlər böyük və qlobal məsələlərə yol açmaq iqtidarına malikdir. Qısası, nəticələr ilk məlumatlardan və şərtlərdən asılıdır.

Lorens Kəpənək effektini belə izah edir: “Amazon meşələrində bir kəpənəyin qanad çırpması ABŞ-da fırtına baş verməsinə səbəb ola bilər.Bu cümlə, kəpənəyin qanadlarının atmosferdə bir qasırğanın yolunu gec, ya tez dəyişdirə biləcək kiçik dəyişikliklər yaratması və ya başqa bir yerdə bir qasırğanın meydana gəlməsini gecikdirməsi, sürətləndirməsi, hətta qarşısını alması fikrini ifadə edir.
Kəpənək qasırğaya güc vermir və ya birbaşa qasırğa yaratmır, ancaq bu termin kəpənəyin qanadlarını çırpmasının qasırğaya səbəb ola biləcəyi mənasına gəlir: Kəpənək qanadlarını çırpmasaydı, sistemin orbiti çox fərqli ola bilərdi. Başqa sözlə, hər şey bir-birinə təsir edir və bu həyatın təməlini təşkil edən bir tsikldır. Lorens haradasa bir kəpənəyin qanad çırpmasının hava proqnozunu əbədi olaraq dəyişdirə biləcəyini söyləyirdi.
Bu qanun kainatın işləmə prinsipinin ən əsas nöqtələrindən biridir. Çünki əks təqdirdə, tək bir fərdin, millətin və ya tək bir planetin inkişafından danışardıq ki, bu da mümkün deyil.
Kəpənək effekti nəzəriyyəsi, eyni zamanda, aparılan tədqiqatlar nəticəsində əldə edilən sxemlərin bir çox adam tərəfindən kəpənəyə bənzədilməsi sayəsində bu adı alıb.

Bunun bizə faydası var?
Gəlin adi - sıradan bir istirahət günümüzü götürək. Hər həftə, yəqin bir çoxlarınız istirahət gününə müxtəlif planlar qurursunuz. Ancaq bir çox hallarda bu planlara heç məhəl də qoymursunuz, çünki istirahəti həmin işlərdən üstün tutursunuz. Sadə bir ekperiment keçirin. Həmin gün daha tez ayağa qalxın, həmişəki səhər vərdişlərindən imtina edin (məsələn, əgər səhər yeməyindən sonra televizor seyr edirsinizsə və ya internetdə qurdalanırsınızsa, bunlardan imtina edin) və gününüzü yeni bir vərdişlə açın. Axşam gününüzü analiz edin, sıradan bir istirahət gününüzün necə dəyişdiyinə özünüz şahid olacaqsınız. Yaxşı və ya pis tərəfə dəyişməsi əlbəttə ki, sizin özünüzdən asılıdır.

Bu qər... Bizimlə qalın ki, daha savadlı olasınız :)

 


Bütün xəbərlər