İnsanın mənşəyi haqqında kosmoloji nəzəriyyə

İnsanın mənşəyi haqqında kosmoloji nəzəriyyə

 

 

Readit.az sizin üçün bir-birindən maraqlı mövzular və nəzəriyyələr haqqında məqalələr hazırlamağa davam edir. Bu dəfəki mövzumuz isə “Kosmoloji nəzəriyyə”dir.

 

İnsanın mənşəyi haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Onlardan ən geniş yayılanları isə aşağıdakılardır:

  1. Dini;
  2. Təkamül;
  3. Kosmoloji.

 

İlk insanlar başqa dünyada yaşayıblar

İnsanın mənşəyi haqqında kosmoloji nəzəriyyəyə görə, insan bu dünyadan deyil. Dünya tarixinin müəyyən bir mərhələsində kainatın digər sakinləri, yəni yadplanetlilər tərəfindən Yer kürəsinə gətirilmişdir.

 

XX əsrin sonları – XXI əsrin əvvəllərində kosmoloji nəzəriyyə ilə bağlı çoxsaylı hipotezlər irəli sürülməyə başlandı. Alimlər bunun üçün bəzi fiziki dəlillərə müraciət edirdilər. Məsələn, heyvanlardan fərqli olaraq, insanlar bəzən hətta düz yerdə yeriyəndə belə yıxılır və bərk zədələnir. Onlar bunu insanın Yerin cazibə qüvvəsinə uyğunlaşa bilməməsi ilə izah edirlər.

 

Ekoloq Elis Silverin fikrincə, insanın yadplanetli olduğuna dair faktlar sırasında doğuş zamanı yaşadıqları problemləri, günəşə qarşı həssaslıqlarını, tez-tez xəstələnmələrini və s. göstərmək mümkündür. Özünün “İnsanlar Yer kürəsindən deyil” əsərində insanların dünyəvi hadisələrə qarşı hazırlıqsız və zəif olduğunu qeyd edir.

 

Kosmik nəzəriyyənin öz daxilində 3 müxtəlif hipotez mövcuddur:

  1. Yadplanetlilər nə vaxtsa Yerə gəlib və hansısa səbəbdən öz planetləri ilə əlaqələri kəsildiyi üçün vəhşiləşiblər. Beləliklə, Yer kürəsində sivilizasiyanın tarixi sıfırdan başlayıb.
  2. Yadplanetlilər Yer kürəsi üçün uyğun olduğunu düşündükləri şüurlu varlıqları seleksiya yolu ilə əldə ediblər və insanlar onların birbaşa xələfidir.
  3. Yadplanetlilər Yer kürəsində yaşayan primatlarla cütləşərək müasir insanın yaranmasına başlanğıc veriblər.

 

Genetik tədqiqat maraqlı bir faktı ortalığa çıxarıb

Bu nəzəriyyənin formalaşmasının əsas səbəblərindən biri Kaliforniyanın Stenfort Universitetinin genetiklərinin apardığı tədqiqatdır. Bu tədqiqatın nəticələrinə görə, Adəm və Həvva genetik cəhətdən bir-biri ilə heç vaxt görüşməyiblər. Belə ki, müasir qadınların genetik anası 143 min il əvvəl, müasir kişilərin genetik atası isə 59 min il əvvəl yaşayıb. Bu kəşf insanın mənşəyi haqqındakı dini, həmçinin digər alternativ nəzəriyyələri təkzib edir.

 

Dr. Elisin hipotezi

Dr. Elisə görə insan irqi başqa bir planetdə anadan olub. Onların içindən ən inkişaf etmişlərini isə yer kürəsinə göndəriblər. Bunun səbəbi onları cəzalandırmaq olub,  yer kürəsi onlar üçün türmə vəzifəsini yerinə yetirib. Bu hipotezi o, belə əsaslandırır ki, insan övladı özünü tanıyandan bir – birilə konflikt aparır, tarixin 1 günü belə müharibəsiz keçməyib. İnsan övladı təbiətən çox qəddar  və aqressivdir. Bəlkə də məhz buna görə ilk insan Yer kürəsinə sürgün edilib.  

 

Digər nəzəriyyələrin olduğu kimi bu nəzəriyyənin də çoxsaylı tərəfdarları var. Və onlar hər gün sübutlarının sayını artırmaq üçün müxtəlif tədqiqatlar aparırlar.


Bütün xəbərlər