Readit.az sizlərə Bahar kampaniyasını təqdim edir

Readit.az sizlərə Bahar kampaniyasını təqdim edir

Müasir dövrdə vaxt insanın ən dəyərli aktividir. Hər bir sahənin sürətlə inkişaf etdiyi dövrdə məhz peşəkar inkişafımız üçün vaxt ayırmağımız mütləqdir. Bəs minimum vaxt sərf edərək zəruri biliklərə necə yiyələnmək olar? Readit.az bu istiqamətdə sizin bələdçiniz olacaq.

Readit.az bütün dövrlərin ən yaxşı və faydalı kitablarını qısa məzmunda təqdim edən təhsil layihəsidir. 8-15 səhifədən ibarət qısa məzmunlu mətnlər kitabın əsas və dəyərli ideyalarını əks etdirir. “Read IT”-də qısa məzmunlu kitabları oxumaqla siz müəlliflərin bilik və təcrübəsinə, məsələnin mahiyyətinə yiyələnəcəksiniz.

“Read IT” yarandığı ilk gündən kitabxanasını ən çox oxunan kitabların qısa məzmunu ilə zənginləşdirməyə çalışmışdır. Sizlər ən çox oxunan 200-300 səhifəlik kitabların əsas ideyaları ilə “Read IT” mütəxəssisləri tərəfindən hazırlanmış 8-15 səhifəlik qısa məzmunlu kitablarda tanış olacaqsınız. Bununla siz vaxtınıza qənaet edəcək, həmçinin qısa zamanda peşəkar inkişafınıza dəstək olacaqsınız. Qısa məzmunlu kitab yalnız vaxta qənaət etməyə deyil, həmçinin düzgün kitab seçimini etmək üçün də yararladır. Məsələn, siz bir neçə kitabla maraqlanırsınız, ancaq hələ də hansını əldə etməkdə tərəddüd edirsiniz. Readit.az-da qısa məzmunlarla tanış olaraq, hansı kitabla daha geniş tanış olub-olmamaq barəsində düzgün qərar vermiş olacaqsınız. Beləliklə “Read IT” sizə pulunuza qənaət etməyə yardım edəcək.

“Read IT”-də kitabların qısa məzmunu ilə tanış olaraq biznes və düzgün strategiya qurmağı, marketinqdə yeni bilikləri, lider olmağın yollarını, insanlarla necə ünsiyyət qurmağı, tanınmış şəxslər barəsində bilmədiklərinizi öyrənmiş olacaqsınız. 

Layihə öz peşəkar inkişafına dəyər verən insanlar üçün xüsusi kampaniya elan edir. Martın 31-nə kimi bütün abunə paketləri 55%-ə qədər endirimlə sizlərə təqdim olunur. Məsələn, 1 aylıq Abunə paketi almaq üçün 9.90 USD (≈ 16.30 AZN) əvəzinə, 4.45 USD (≈7.30 AZN) ödəyəcəksiniz. Hal-hazırda kitabxanamızda 16 kitab var, bu isə o deməkdir ki, bir qısa məzmunlu kitabı siz cəmi 0.29 USD-yə  (≈0.46 AZN) alacaqsınız. Nəzərə alın ki, abunə müddətində oxucular, həmçinin bütün yeni əlavə olunmuş kitablara da giriş hüququ qazanacaq.

İstirahət günlərinin bir hissəsini şəxsi inkişafınıza ayırmağı unutmayın. Kampaniyamız 31 marta kimi davam edəcək, bu fürsəti qaçırmayın.

Sizi daima inkişaf edən peşəkarlar sırasında görmək ümidilə. 


Bütün xəbərlər