Sorğu üzrə axtarış nəticələri "fc 26 coins price Buyfc26coins.com is FC 26 coins official site..EucF"
Yüksək effektli insanların 7 vərdişi
Əlinizdə olan bu kitab 73 ölkədə və 29 dildə 10 mln-dan çox nüsxə ilə satılmış unikal bir kitabdır. “New York Times” qəzeti onu “beynəlmiləl №1 bestseller”, ABŞ-ın keçmiş prezidenti Bill Klinton isə uğur əldə etmək istəyən hər bir kəsin stolüstü kitabı adlandırır. Sizcə, Stefan Kovinin “Yeddi vərdiş” kitabı effektivlik, psixologiya və idarəetmə haqqında çox sayda müxtəlif ədəbiyyatların olmasına baxmayaraq nəyə görə şərq və qərb publikasının qəlbini fəth edib?
Müharibə sənəti
Sun Tszı sadəcə bir kitab deyil, həmçinin öz dövrünü qabaqlayaraq indiki dövr üçün aktual olan ilk hərbi traktatı da yazıb. “Müharibə incəsənəti” - casusluğun nəzəri təməli olan ilk kitabdır (uzun müddət bu mövzuda olan yeganə kitab olub). Bundan başqa kitabda ilk dəfə olaraq rəqiblə qarşıdurmada xaos yaratmaqla effektiv mübarizədən söhbət açılır. Qeyd etmək lazımdır ki, Puankare, Kolmoqorov, Arnold və Mozes kimi alim riyaziyyatçılar Xaos nəzəriyyəsinə ilk dəfə olaraq XX əsrdə müraciət ediblər.
iTəqdimat. Stiv Cobsdan təqdimat sirrləri
Bu kitab sizə Stiv Cobsun təqdimat və ona hazırlıq prosesinin sirrlərini öyrədəcək, onun köməyilə keyfiyyətli və möcüzəli çıxış texnikasına yiyələnəcəksiniz. Düzdür, Stiv Cobsun təqdimatının çoxsayılı nüansları var, ancaq onun müxtəlif metodlarından istifadə edərək təqdimatınızı digərlərindən fərqli edə bilərsiniz. Bu texnika sizə möhtəşəm təqdimat hazırlamaqda yardımçı olacaq.
Siqareti tərgitməyin asan yolu
Alen Kar öz şəxsi təcrübələrindən çıxış edərək siqareti tərgitmək üçün xüsusi bir üsul yaradıb. Bu üsulu “Siqareti tərgitməyin asan yolu” kitabında şərh edən müəllif inanır ki, həqiqətən istəyən hər kəs siqareti tərgidə bilər. Müəllifin bu kitabı 47 dilə çevrilib və onun üsulu sayəsində 14 milyondan çox insanın siqareti tərgitdiyi bildirilir.
Düşün və Varlan
Düşün və Varlan 1937-ci ildə Napoleon Hill tərəfindən yazılıb və fərdi inkişaf kitabı olaraq tanıdılıb. Kitabın böyük qisimi gəlir artımı ilə əlaqədardır. Müəllif, həmçinin, kitabda öyrədilən fəlsəfənin insanların hər hansı bir sahədə müvəffəqiyyətli olmasına kömək edəcəyini söyləyir. İlk dəfə 1970-ci ildə nəşr olunan Düşün və Varlan kitabı elə həmin il 20 milyondan çox satılıb, eyni zamanda, 2015-ci ilə qədər dünya səviyyəsində 100 milyon nüsxə satılıb. BusinessWeek jurnalının Ən çox satılanlar siyahısında nəşr olunduqdan 70 il sonra belə ən çox satılan iş kitabı oldu. Bu kitab Con C. Maksvelin Ömür Boyu "Must Read" Kitab Siyahısında da öz yerini tutub.