Sorğu üzrə axtarış nəticələri "%20%F0%9F%8C%B1%20Ivermectin%203mg%20Otc%20%F0%9F%94%B7%20www.Ivermectin-6mg.com%20%F0%9F%94%B7%20Ivermectin%20Dosage%20For%20Scabies%20In%20Humans%20Uk%20%E2%9A%95%EF%B8%8F%20Where%20To%20Buy%20Stromectol%20In%20Canada%20%7C%20Ivermectin%2012%20Mg"
Effektiv Rəhbər
Effektiv idarə etmə öyrənilə bilər. Effektiv fəaliyyət düzgün addımları atmaq və düzgün qərarları qəbul etməklə əlaqədardır. Bu, əslində beş kompleks duyğudan ibarət bir vərdişdir və praktika vasitəsilə qazanıla bilər. Dünyanın hər yerindən olan effektli liderlərlə 60 ildən çox əməkdaşlıq təcrübəsinə əsaslanan Effektiv Rəhbər kitabı həm “Nə etmək”, həm də “Necə etmək” haqqındadır.
Eynşteyn
Ayzekson dahi alim olan Eynşteyn haqqındakı yayılmış miflərin doğru olmadığı barəsində söhbət açır (misal üçün, Albertin məktəbdə riyaziyyatla bağlı problemləri var idi). O, hətta məktəb müəllimi vəzifəsinə sahib olmaq iqtidarında olmayan, patent bürosunun sadə işçisi olan bir insanın elmi inqilab edərək atom və kainatın sirrlərini açmasını kitabda təsvir edir. Bu kitab sizi Albert Eynşteynin Almaniyada “özgə” qismində yaşadığı cavanlığından ABŞ-dakı son günlərinədək səyahətə aparacaq və bu insanın 20-ci əsrin ən görkəmli mütəfəkkirinə necə çevrilməsinə işıq salacaq
iTəqdimat. Stiv Cobsdan təqdimat sirrləri
Bu kitab sizə Stiv Cobsun təqdimat və ona hazırlıq prosesinin sirrlərini öyrədəcək, onun köməyilə keyfiyyətli və möcüzəli çıxış texnikasına yiyələnəcəksiniz. Düzdür, Stiv Cobsun təqdimatının çoxsayılı nüansları var, ancaq onun müxtəlif metodlarından istifadə edərək təqdimatınızı digərlərindən fərqli edə bilərsiniz. Bu texnika sizə möhtəşəm təqdimat hazırlamaqda yardımçı olacaq.
Babilin ən varlı adamı
Boş pul kisələri üçün həllər axtaran Babilin ən varlı adamı kitabı maliyyə anlayışlarının rəhbəri hesab edilir. Kitab iqtisadi və maliyyə planlaşdırması haqqında yazılan kitabların ən yaxşılarındandır. Kitabdakı hekayələr həyatınız boyunca sizə yol göstərəcək, maliyyə problemlərinizi anlamağa və həll etməyə imkan verəcək.
Çevik satış: Davamlı dəyişən dövrdə vacib satış bacarıqları
Bu kitab sizə işinizdə əsas vərdişləri, effektiv satış üsullarını təyin etməkdə, satış sahəsində inkişafınızı əngəlləyən problemlərin yeni həllərini tapmaqda və məhsuldar olmaqda yardımçı olacaq. Nəticə? Əgər siz satış menecerisinizsə - siz hər hansı problemi həll etməkdə, yeni bazarlarda yeni müştərilərlə və yeni məhsullarla fəaliyyətdə əsl ekspert olacaqsınız. Əgər siz rəhbərsinizsə - sizin komandanız daha məhsuldar çalışmağa başlayacaq və satış göstəricilərini daima yüksəldəcək.
Əbədi müştərilər
Bu kitabda K. Suell sadə dildə xidmət keyfiyyətini qaldıraraq müştərilərə səmimi və isti münasibət bəsləməklə şirkətin necə uğur əldə edəcəyindən danışır. Onun fikrincə daimi müştəri əldə etmək üçün sadəcə xidmətə önəm vermək yetərli deyil, bu yöndə şirkət əməkdaşlarının motivasiyası və şirkət daxili sistem də çox vacib şərtlərdəndir. Kitab ilk dəfə 1990-cı ildə ABŞ-da çap olunub və bu gün də öz aktuallığını itirməyərək ən çox satılan kitablar siyahısına daxildir.
Məşhur nəzəriyyələr toplusu
Bu məqalələr toplusu Readit tərəfindən hazırlanan 5 ən məşhur nəzəriyyədən ibarətdir. Oxumaq üçün sadəcə aşağıdakı PDF və ya ePub faylını yükləyin .
Qeyd: Yükləmək üçün sayta daxil omaq mütləqdir (login və ya qeydiyyat).
PDF=> Yüklə
ePub => Yüklə
Bir dəfə Şimali Koreyada
“Bir dəfə Şimali Koreyada” kıtabı öz oxucusunu dünyanın ən az tanınan ölkəsinə səyahətə aparır və burada yaşayan cavan nəslin necə “qul və əsgər”lərə bölündüyünü onlara çatdırır.
Ultramillətçi yoxsa qisasçı lider?
Gessen kitabında Putinin KQB-nin əhəmiyyətsiz bir işçisi olaraq necə yenidən komitəyə qayıtmasından, ona rəhbərlik edərək sonradan Boris Yeltsin tərəfindən davamçı olaraq seçilməsindən və Rusiyada demokratiyanı tez bir zamanda boğmasından bəhs edir.
Varlı ata, kasıb ata
Müəlliflər əmindirlər ki, şagirdlər məktəbdə pul haqqında lazımi bilikləri əldə etmirlər və sonradan bütün həyatı boyu pulu istifadə etmək əvəzinə, onun üçün işləyirlər. Onlar oxucuya bu ciddi problemə başqa nöqteyi-nəzərdən baxmağı və uşaqları maliyyə çətinliyi ilə üzləşmədən öncə pulla davranış qaydasını öyrətməyi təklif edirlər.