Sorğu üzrə axtarış nəticələri "%20%F0%9F%8C%B1%20Ivermectin%203mg%20Otc%20%F0%9F%94%B7%20www.Ivermectin-6mg.com%20%F0%9F%94%B7%20Ivermectin%20Dosage%20For%20Scabies%20In%20Humans%20Uk%20%E2%9A%95%EF%B8%8F%20Where%20To%20Buy%20Stromectol%20In%20Canada%20%7C%20Ivermectin%2012%20Mg"
Yuxuların yozumu
Bu mühüm əsərində Freyd göstərir ki, hətta ən mürəkkəb yuxular belə asanlıqla şərh edilə bilər. Freyd kitabında yuxunun arzunun reallaşdırılması, yaxud istəyin doyurulması olduğunu qeyd edir. Yuxuların oyanıq həyatla əlaqəsi, nələrin yuxuya çevrilməsi, onların səbəblərinin nələr olduğu, yuxuları niyə unutduğumuz, yuxuların psixologiyamıza təsiri, yuxularla ruhi xəstəliklər arasındakı əlaqələr kitabın əsas mövzularıdır. Yuxularımızı anlaşılmaz bir vəziyyətə gətirmək üçün hansı simvollaşdırmalardan, yerdəyişmələrdən və illuziyalardan istifadə etdiyimizdən bəhs edərkən, həm də öz psixoanalitik tədqiqatlarından nümunələr göstərir.
Bir dəqiqəlik menecer
Blançard və Conson bu kitabda uğurlu menecer olmağın üç əsas sirrindən bəhs edir. Onlar: Bir Dəqiqəlik Hədəf, Bir Dəqiqəlik Tərif və Bir Dəqiqəlik Xəbərdarlıqdır. Bu sadə və asan idarəetmə sirrlərini öyrənmək sizə gəlirlərinizi, məhsuldarlığınızı və əzminizi artırmağa kömək edəcək.
Vərdişlərin Gücü. Şəxsi və biznes həyatımızdakı vərdişlərimizin əsasında nə dayanır?
Çarlz Duhiq bu kitabda vərdişlərin niyə mövcud olduğunu və necə dəyişdirilə biləcəyini iti ağlı və düzgün ifadə qabiliyyəti ilə əyləncəli üslubda şərh edir. O, insanın təbiətinə istiqamətlənən yeni bir dünyagörüşü ortaya qoyur. Kitabı oxuduqdan bəzi insanların və şirkətlərin özlərini necə asanlıqla dəyişə bildiklərini, bəzilərinin isə uzun illər cəhd göstərməyinə baxmayaraq niyə bacarmadığını anlayacaqsınız.