Sorğu üzrə axtarış nəticələri "%20%F0%9F%8C%B3%20Ivermectin%20For%20Humans%20Where%20To%20Buy%20Canada%20%E2%9E%A1%EF%B8%8F%20www.Ivermectin-Stromectol.com%20%E2%AC%85%EF%B8%8F%20Ivermectin%20For%20Lice%20In%20Humans%20%F0%9F%94%B7%20Ivermectin%203%20Mg%20Tablets%20Canada%20-%20Ivermectin%206mg%20Online%20Canada"
Təşəkkür iqtisadiyyatı
21-ci əsrdə rəqəmsal şəbəkələrin biznes dünyasının sərhədlərinə hökm etməsinə baxmayaraq, hələ də sosial mediaya şübhə ilə yanaşan bəzi biznesmenlər, liderlər və marketoloqlar bir növ əllərinə keçən böyük fürsətdən imtina edirlər. “Sosial medianın hökmdarı” Qari Vaynerçak isə öz peşəkarlığından istifadə edərək konkret faktlar və dəyərli məsləhətlərlə sosial medianın əhəmiyyətini göstərir.
Əbədi müştərilər
Bu kitabda K. Suell sadə dildə xidmət keyfiyyətini qaldıraraq müştərilərə səmimi və isti münasibət bəsləməklə şirkətin necə uğur əldə edəcəyindən danışır. Onun fikrincə daimi müştəri əldə etmək üçün sadəcə xidmətə önəm vermək yetərli deyil, bu yöndə şirkət əməkdaşlarının motivasiyası və şirkət daxili sistem də çox vacib şərtlərdəndir. Kitab ilk dəfə 1990-cı ildə ABŞ-da çap olunub və bu gün də öz aktuallığını itirməyərək ən çox satılan kitablar siyahısına daxildir.
Effektiv Rəhbər
Effektiv idarə etmə öyrənilə bilər. Effektiv fəaliyyət düzgün addımları atmaq və düzgün qərarları qəbul etməklə əlaqədardır. Bu, əslində beş kompleks duyğudan ibarət bir vərdişdir və praktika vasitəsilə qazanıla bilər. Dünyanın hər yerindən olan effektli liderlərlə 60 ildən çox əməkdaşlıq təcrübəsinə əsaslanan Effektiv Rəhbər kitabı həm “Nə etmək”, həm də “Necə etmək” haqqındadır.
iTəqdimat. Stiv Cobsdan təqdimat sirrləri
Bu kitab sizə Stiv Cobsun təqdimat və ona hazırlıq prosesinin sirrlərini öyrədəcək, onun köməyilə keyfiyyətli və möcüzəli çıxış texnikasına yiyələnəcəksiniz. Düzdür, Stiv Cobsun təqdimatının çoxsayılı nüansları var, ancaq onun müxtəlif metodlarından istifadə edərək təqdimatınızı digərlərindən fərqli edə bilərsiniz. Bu texnika sizə möhtəşəm təqdimat hazırlamaqda yardımçı olacaq.
Rəqabət strategiyası. Rəqib analizi metodları
Rəqabət strategiyası kitabı sektor üzrə rəqabətin araşdırılması, həmçinin uğurlu şirkətlərin strategiyalarının təsvirindən ibarətdir. Bu strategiya nəinki bazarda necə rəqabət aparmaq barədə dəyərli məlumat verir, həmçinin rəqib şirkətlər barəsindəki məlumatı istifadə edərək onları öz oyunlarında necə qabaqlaya biləcəyinizi göstərir.
Varlı ata, kasıb ata
Müəlliflər əmindirlər ki, şagirdlər məktəbdə pul haqqında lazımi bilikləri əldə etmirlər və sonradan bütün həyatı boyu pulu istifadə etmək əvəzinə, onun üçün işləyirlər. Onlar oxucuya bu ciddi problemə başqa nöqteyi-nəzərdən baxmağı və uşaqları maliyyə çətinliyi ilə üzləşmədən öncə pulla davranış qaydasını öyrətməyi təklif edirlər.
Məşhur nəzəriyyələr toplusu
Bu məqalələr toplusu Readit tərəfindən hazırlanan 5 ən məşhur nəzəriyyədən ibarətdir. Oxumaq üçün sadəcə aşağıdakı PDF və ya ePub faylını yükləyin .
Qeyd: Yükləmək üçün sayta daxil omaq mütləqdir (login və ya qeydiyyat).
PDF=> Yüklə
ePub => Yüklə
Bir dəfə Şimali Koreyada
“Bir dəfə Şimali Koreyada” kıtabı öz oxucusunu dünyanın ən az tanınan ölkəsinə səyahətə aparır və burada yaşayan cavan nəslin necə “qul və əsgər”lərə bölündüyünü onlara çatdırır.
Çevik satış: Davamlı dəyişən dövrdə vacib satış bacarıqları
Bu kitab sizə işinizdə əsas vərdişləri, effektiv satış üsullarını təyin etməkdə, satış sahəsində inkişafınızı əngəlləyən problemlərin yeni həllərini tapmaqda və məhsuldar olmaqda yardımçı olacaq. Nəticə? Əgər siz satış menecerisinizsə - siz hər hansı problemi həll etməkdə, yeni bazarlarda yeni müştərilərlə və yeni məhsullarla fəaliyyətdə əsl ekspert olacaqsınız. Əgər siz rəhbərsinizsə - sizin komandanız daha məhsuldar çalışmağa başlayacaq və satış göstəricilərini daima yüksəldəcək.
Emosional Zəka - Niyə IQ-dən daha vacibdir?
Dr. Daniel Qoleman psixologiya sahəsində yenilik yaradan bu kitabında, “EQ” - nün IQ - dən daha vacib olduğunu sübut edir. Müəllifin tədqiqatlarına görə, emosional zəka insanın bütün fəaliyyətinə təsir edir və onun yoxluğu insanın həm şəxsi, həm də iş həyatında uğur qazanmasına, ictimai münasibətlərinə və sağlamlığına mənfi təsir göstərir. Müəllifin fikrincə, emosional zəka anadangəlmə deyil, fəaliyyət və vərdişlər nəticəsində qazanılır.