Sorğu üzrə axtarış nəticələri "%20%F0%9F%8E%88%20Cheap%20Stromectol%20%F0%9F%8F%85%20www.Ivermectin4Sale.com%20%F0%9F%8F%85%20Stromectol%20Over%20The%20Counter%20Buy%20%F0%9F%8D%93%20Ivermectin%20Stromectol%20Cancer%20.%20Order%20Stromectol%20Online%20For%20Humans"
Dahilər və digərləri: Bəzi insanlar niyə daha çox uğur qazanır?
Müvəffəqiyyətli insanlar haqqında danışılan bir hekayə var və həmin hekayədə onların ağıllı və həvəsli olduğu deyilir. Malkolm Qladvel isə bu kitabında müvəffəqiyyətin real hekayəsinin bundan xeyli fərqli olduğunu və bəzi insanların niyə müvəffəqiyyətli olduğunu anlamaq üçün onların ətrafına daha diqqətli baxmalı olduğumuzu iddia edir. Məsələn ailələri, doğum yerləri və hətta doğum tarixləri ... Müvəffəqiyyətin bu hekayəsi hamının düşündüyündən daha mürəkkəb və maraqlıdır.
Heç vaxt tək yemə
Müəllif uğur və uğursuzluq arasında incə bir xətt olan əlaqələrinin gücünün vurğulandığı “Heç vaxt tək yemə” kitabını 2005-ci ildə yazıb və kitab uzun müddət ABŞ-da ən çox satılan kitablar siyahısında qalıb. Kitabdan öyrənməli olduğumuz ilk məsələ, insanlarla münasibət qurarkən öz mənafelərimizi fikirləşmək əvəzinə, onların fəaliyyətinə necə dəyər əlavə edəcəyimizi düşünməli olduğumuzdur. Keyt Ferrazi rəhbər və konsultant olaraq yaşadığı hadisələri səmimi bir dillə kitabda əks etdirib.
Sapiens: İnsan növünün qısa tarixi
Akademik, tarixçi Yuval Noah Harari tərəfindən yazılan “Sapiens - İnsan növünün qısa tarixi” uzun müddətli tədqiqatların nəticəsidir və 30-dan çox dilə tərcümə edilib.
Kitab aşağıdakı suallara cavab verir:
- Necə oldu ki Homo Sapiens ekoloji qatilə çevrildi?
- Qadınlar yüksək sosial bacarıqlara sahib olduğu halda, niyə uzun illər cəmiyyətdə kişilərin rolu üstün oldu?
- Gələcəyin dini elmdir?
100 min il əvvəl Yer kürəsində ən azı altı fərqli insan növü var idi. Dövrümüzdə isə yalnız Homo Sapiens var. Digərlərinə nə oldu və bizə nə olacaq?
Mərhəmətə 12 addım
Kitabın adından da göründüyü kimi yazıçı hər hansı bir insanın mərhəmətli olmağa gedən yolda keçməli olduğu on iki yoldan bəhs edir. Hər yol ayrı-ayrı şərh edən müəllif, oxucuya həyatı asanlaşdıran və gözəlləşdirən bir çox tövsiyələr verir.
Siqareti tərgitməyin asan yolu
Alen Kar öz şəxsi təcrübələrindən çıxış edərək siqareti tərgitmək üçün xüsusi bir üsul yaradıb. Bu üsulu “Siqareti tərgitməyin asan yolu” kitabında şərh edən müəllif inanır ki, həqiqətən istəyən hər kəs siqareti tərgidə bilər. Müəllifin bu kitabı 47 dilə çevrilib və onun üsulu sayəsində 14 milyondan çox insanın siqareti tərgitdiyi bildirilir.
Sarafan marketinqi
“Sarafan marketinqi” kitabı şirkət haqqında müsbət söz-söhbətin və şayiələrin TV reklamdan da daha effektiv bir alət olmasından danışır. Müəllif nümunələr və təlimatların köməyi ilə məhsul haqqında pozitiv söz-söhbətin yaradılmasını ətraflı təsvir edir. Əslində bu kitab məmnun müştərilərin digərlərinə məsləhət görərək bu və ya digər xidmətlərin və ya məhsulların niyə görə xoşlandıqlarını danışaraq pulsuz reklam etmələri haqqındadır. Sarafan marketinqinə insanlar daha çox inanırlar, çünki məsləhət görən insanın bu prosesdə çox vaxt şəxsi marağı olmur.
İnan mənə, yalan deyirəm
Ryan Holidey oyunu qaydalarına uyğun olaraq oynayan bir marketinq mütəxəssisidir. O, müasir dövrün ən güclü manipulyasiya vasitəsi olan medianı istifadə etməyin yollarından danışır. Bu kitabı oxuduqdan sonra biləcəksiniz ki, niyə görə nifrət yaradan, mübahisəli xəbərlər, məqalələr daha çox populyarlıq yaradır. Niyə görə müasir dövrdə PR menecerə daha çox tələbat var? Tənqidçilərin fikrincə, yaxşı bir media mütəxəssisi olmaq istəyən hər kəs mütləq bu kitabı oxumalıdır.
Vərdişlərin Gücü. Şəxsi və biznes həyatımızdakı vərdişlərimizin əsasında nə dayanır?
Çarlz Duhiq bu kitabda vərdişlərin niyə mövcud olduğunu və necə dəyişdirilə biləcəyini iti ağlı və düzgün ifadə qabiliyyəti ilə əyləncəli üslubda şərh edir. O, insanın təbiətinə istiqamətlənən yeni bir dünyagörüşü ortaya qoyur. Kitabı oxuduqdan bəzi insanların və şirkətlərin özlərini necə asanlıqla dəyişə bildiklərini, bəzilərinin isə uzun illər cəhd göstərməyinə baxmayaraq niyə bacarmadığını anlayacaqsınız.
Yaxşıdan Mükəmmələ
[ İlk dəfə azərbaycan dilində! ]
Cim Kolins bu kitabda yaxşı bir şirkəti mükəmməl şirkətə çevirməyin yollarından bəhs edir. Onun fikrincə, bu zaman şirkətlərin qarşısındakı ən böyük maneə olduqları vəziyyətlə kifayətlənməkdir. Müəllif kitabda bu məsələni analiz edir və mükəmməl şirkətə çevrilmək üçün lazım olan fəaliyyətləri şərh edir.
Şirkətinizi yaxşıdan mükəmmələ çevirmək istəyirsinizsə, bu kitab məhz sizin üçündür.
Futbolka və Kostyum: Yaradıcı biznesə aparan bələdçi
Bu kitab Biznes və Yaradıcılığın birlikdə fəaliyyətinin mümkünlüyü haqqındadır. Müəllif kitabda çoxsaylı qiymətli ideyalar və məsləhətlər verir, biznes elementlərini şərh edir, həmçinin nümunələr göstərir. Kitab əsasən kiçik və yeni fəaliyyətə başlayan müəssisələr üçün nəzərdə tutulub. Əgər siz marketinq, dizayn və ya ümumiyyətlə yaradıcılıqla maraqlanırsınızsa bu qısa məzmun məhz sizin üçündür.