Sorğu üzrə axtarış nəticələri "%20%F0%9F%8F%83%E2%80%8D%E2%99%82%EF%B8%8F%20Ivermectin%206mg%20For%20Humans%20%F0%9F%8E%97%20www.Ivermectin4Sale.com%20%F0%9F%8E%97%20Ivermectin%20Over%20Counter%20%F0%9F%98%80%20Order%20Ivermectin%2012mg%20Uk%20%7C%20Ivermectin%206mg%20Online%20Uk"
Çevik satış: Davamlı dəyişən dövrdə vacib satış bacarıqları
Bu kitab sizə işinizdə əsas vərdişləri, effektiv satış üsullarını təyin etməkdə, satış sahəsində inkişafınızı əngəlləyən problemlərin yeni həllərini tapmaqda və məhsuldar olmaqda yardımçı olacaq. Nəticə? Əgər siz satış menecerisinizsə - siz hər hansı problemi həll etməkdə, yeni bazarlarda yeni müştərilərlə və yeni məhsullarla fəaliyyətdə əsl ekspert olacaqsınız. Əgər siz rəhbərsinizsə - sizin komandanız daha məhsuldar çalışmağa başlayacaq və satış göstəricilərini daima yüksəldəcək.
Sapiens: İnsan növünün qısa tarixi
Akademik, tarixçi Yuval Noah Harari tərəfindən yazılan “Sapiens - İnsan növünün qısa tarixi” uzun müddətli tədqiqatların nəticəsidir və 30-dan çox dilə tərcümə edilib.
Kitab aşağıdakı suallara cavab verir:
- Necə oldu ki Homo Sapiens ekoloji qatilə çevrildi?
- Qadınlar yüksək sosial bacarıqlara sahib olduğu halda, niyə uzun illər cəmiyyətdə kişilərin rolu üstün oldu?
- Gələcəyin dini elmdir?
100 min il əvvəl Yer kürəsində ən azı altı fərqli insan növü var idi. Dövrümüzdə isə yalnız Homo Sapiens var. Digərlərinə nə oldu və bizə nə olacaq?
Skrum - İki dəfə daha çox işi iki dəfə az vaxta görmək sənəti
Məhsuldarlığınızı səkkiz qat artırmaq istəyirsiniz? Bir məhsul istehsal edə biləcəyiniz vaxtda səkkiz məhsul istehsal etmək yaxşı səslənir, deyil mi? Skrum vasitəsilə belə bir şey mümkündür. Dövlətlər, nəhəng beynəlxalq şirkətlər, qeyri-hökumət təşkilatları, pedaqoqlar da Skrumdan istifadə edir. Onun vasitəsilə daha məhsuldar olmaqla yanaşı, həmin proseslə insanlar daha xoşbəxt olurlar: İşçilər, rəhbərlər, tələbələr, bir sözlə hamı. Həqiqətdən uzaq görünsə də, bu reallıqdır. Siz də qrupunuza, layihələrinizə, fikirlərinizə, dostlarınıza və ən əsası da özünüzə yaxşılıq edin. Skrumu öyrənin və tətbiq etməyə başlayın.
Pendirimi kim götürüb?
“Pendirimi kim götürüb?” (Who moved my cheese) kitabı sizə qorxularınızın öhdəsindən gəlməklə uğur qazanmağın yollarını göstərir. Kifayət qədər oxunaqlı şəkildə və hekayə üslubunda yazılan bu əsəri oxumaqla dəyişikliyin pis hadisələrə səbəb olmadığını, əksinə, əksər hallarda yaxşı nəticələr verdiyini görəcəksiniz. Kitabda da qeyd edildiyi kimi: “Siz görsəniz də, görməsəniz də Yeni Pendir həmişə var”.
İnan mənə, yalan deyirəm
Ryan Holidey oyunu qaydalarına uyğun olaraq oynayan bir marketinq mütəxəssisidir. O, müasir dövrün ən güclü manipulyasiya vasitəsi olan medianı istifadə etməyin yollarından danışır. Bu kitabı oxuduqdan sonra biləcəksiniz ki, niyə görə nifrət yaradan, mübahisəli xəbərlər, məqalələr daha çox populyarlıq yaradır. Niyə görə müasir dövrdə PR menecerə daha çox tələbat var? Tənqidçilərin fikrincə, yaxşı bir media mütəxəssisi olmaq istəyən hər kəs mütləq bu kitabı oxumalıdır.
Vərdişlərin Gücü. Şəxsi və biznes həyatımızdakı vərdişlərimizin əsasında nə dayanır?
Çarlz Duhiq bu kitabda vərdişlərin niyə mövcud olduğunu və necə dəyişdirilə biləcəyini iti ağlı və düzgün ifadə qabiliyyəti ilə əyləncəli üslubda şərh edir. O, insanın təbiətinə istiqamətlənən yeni bir dünyagörüşü ortaya qoyur. Kitabı oxuduqdan bəzi insanların və şirkətlərin özlərini necə asanlıqla dəyişə bildiklərini, bəzilərinin isə uzun illər cəhd göstərməyinə baxmayaraq niyə bacarmadığını anlayacaqsınız.
Altı şlyapa nəzəriyyəsi
Altı şlyapa metodu – ingilis yazıçısı, psixoloqu və yaradıcı təfəkkür sahəsində mütəxəssis olan Edvard de Bononun hazırladığı ən səmərəli üsuldur. Bu kitabda müəllif kollektiv və şəxsi əqli fəaliyyəti strukturlaşdırmaqda yardımçı olan və bu fəaliyyəti produktiv edən yolları təsvir edir.
Ultramillətçi yoxsa qisasçı lider?
Gessen kitabında Putinin KQB-nin əhəmiyyətsiz bir işçisi olaraq necə yenidən komitəyə qayıtmasından, ona rəhbərlik edərək sonradan Boris Yeltsin tərəfindən davamçı olaraq seçilməsindən və Rusiyada demokratiyanı tez bir zamanda boğmasından bəhs edir.
Drayv. Bizi nə motivasiya edir?
Daniel Pinkin “Drayv. Bizi nə motivasiya edir?” kitabı son illər motivasiya haqqında yazılmış ən əhəmiyyətli kitabdır. Kitab bizim işin nəticələrinə təsir göstərən, əməyi və yaradıcılığı motivasiya edən faktorlar haqqında təsəvvürümüzü kökündən dəyişir. Müəllifin fikirləri yüzlərlə inandırıcı psixoloji tədqiqatlara əsaslanır.
Daniel Pink bu kitabda bizim motivasiya haqqında bildiklərimizi alt-üst edir. O, yeni formul təklif edir – Motivasiya 3.0. Bu sistemlə sizin əməkdaşlarınız işə daha həvəslə gələcək, cari kadr dəyişikliyi sıfıra enəcək.
Yuxuların yozumu
Bu mühüm əsərində Freyd göstərir ki, hətta ən mürəkkəb yuxular belə asanlıqla şərh edilə bilər. Freyd kitabında yuxunun arzunun reallaşdırılması, yaxud istəyin doyurulması olduğunu qeyd edir. Yuxuların oyanıq həyatla əlaqəsi, nələrin yuxuya çevrilməsi, onların səbəblərinin nələr olduğu, yuxuları niyə unutduğumuz, yuxuların psixologiyamıza təsiri, yuxularla ruhi xəstəliklər arasındakı əlaqələr kitabın əsas mövzularıdır. Yuxularımızı anlaşılmaz bir vəziyyətə gətirmək üçün hansı simvollaşdırmalardan, yerdəyişmələrdən və illuziyalardan istifadə etdiyimizdən bəhs edərkən, həm də öz psixoanalitik tədqiqatlarından nümunələr göstərir.