Sorğu üzrə axtarış nəticələri "%20%F0%9F%92%AB%20Stromectol%203mg%20Pills%20%F0%9F%8F%86%20www.Ivermectin4Sale.com%20%F0%9F%8F%86%20Ivermectin%203%20Mg%20Over%20The%20Counter%20Uk%20%F0%9F%90%8B%20Ivermectin%20For%20Humans%20Over%20The%20Counter%20Usa%20-%20Stromectol%206mg%20Online%20Usa"
Partizan marketinqi. Kiçik xərclərlə gəlir əldə etmə üsulları
İlk dəfə 1984-cü ildə dərc edilən kitab marketinqin klassikasına aid edilir və marketoloqlar tərəfindən oxunması məcburidir. Kitabda bəhs olunan strategiya kiçik şirkətlərin cüzi marketinq büdcəsi ilə necə kreativlik işlədərək daha güclü və böyük rəqiblərlərlə rəqabət apara bilməsini haqqındadır. Levinson yeni kitabında partizan fəndlərinin siyahısını böyüdərək, həmçinin internet sahəsinin istifadəsini də siyahıya salıb. Bu kitab milyon tirajlarla çap edilmiş, Levinsonun partizan marketinq kursu isə MBA təhsil proqramına salınmışdır.
Eynşteyn
Ayzekson dahi alim olan Eynşteyn haqqındakı yayılmış miflərin doğru olmadığı barəsində söhbət açır (misal üçün, Albertin məktəbdə riyaziyyatla bağlı problemləri var idi). O, hətta məktəb müəllimi vəzifəsinə sahib olmaq iqtidarında olmayan, patent bürosunun sadə işçisi olan bir insanın elmi inqilab edərək atom və kainatın sirrlərini açmasını kitabda təsvir edir. Bu kitab sizi Albert Eynşteynin Almaniyada “özgə” qismində yaşadığı cavanlığından ABŞ-dakı son günlərinədək səyahətə aparacaq və bu insanın 20-ci əsrin ən görkəmli mütəfəkkirinə necə çevrilməsinə işıq salacaq
Skrum - İki dəfə daha çox işi iki dəfə az vaxta görmək sənəti
Məhsuldarlığınızı səkkiz qat artırmaq istəyirsiniz? Bir məhsul istehsal edə biləcəyiniz vaxtda səkkiz məhsul istehsal etmək yaxşı səslənir, deyil mi? Skrum vasitəsilə belə bir şey mümkündür. Dövlətlər, nəhəng beynəlxalq şirkətlər, qeyri-hökumət təşkilatları, pedaqoqlar da Skrumdan istifadə edir. Onun vasitəsilə daha məhsuldar olmaqla yanaşı, həmin proseslə insanlar daha xoşbəxt olurlar: İşçilər, rəhbərlər, tələbələr, bir sözlə hamı. Həqiqətdən uzaq görünsə də, bu reallıqdır. Siz də qrupunuza, layihələrinizə, fikirlərinizə, dostlarınıza və ən əsası da özünüzə yaxşılıq edin. Skrumu öyrənin və tətbiq etməyə başlayın.
Varlı ata, kasıb ata
Müəlliflər əmindirlər ki, şagirdlər məktəbdə pul haqqında lazımi bilikləri əldə etmirlər və sonradan bütün həyatı boyu pulu istifadə etmək əvəzinə, onun üçün işləyirlər. Onlar oxucuya bu ciddi problemə başqa nöqteyi-nəzərdən baxmağı və uşaqları maliyyə çətinliyi ilə üzləşmədən öncə pulla davranış qaydasını öyrətməyi təklif edirlər.
Bir dəfə Şimali Koreyada
“Bir dəfə Şimali Koreyada” kıtabı öz oxucusunu dünyanın ən az tanınan ölkəsinə səyahətə aparır və burada yaşayan cavan nəslin necə “qul və əsgər”lərə bölündüyünü onlara çatdırır.
Qul necə idarə edilməlidir?
Bu kitab qulları Roma üslubunda idarə etmək üçün masaüstü bir kitab hesab edilirdi. Qul necə idarə edilməlidir? adlı bölmədə Mark Sidonyus Falks qulların haradan və necə əldə alınacağını və onlardan ən yaxşı nəticələri necə əldə edəcəyinizi göstərən praktik tövsiyələr təqdim edir. Bu kitab antik Top Menecerlər üçün nəzərdə tutulmağına baxmayaraq, müasir dövr idarəetmədə bəzi məqamlarda da faydalı ola bilər. Belə ki, müəllif qullara qarşı həyata reallaşdırılan əmr və nüfuzun sirrini açıqlayır, cinayət törədən şəxslərin cəzalandırılmasına dair tövsiyələr verir.
Düşün və Varlan
Düşün və Varlan 1937-ci ildə Napoleon Hill tərəfindən yazılıb və fərdi inkişaf kitabı olaraq tanıdılıb. Kitabın böyük qisimi gəlir artımı ilə əlaqədardır. Müəllif, həmçinin, kitabda öyrədilən fəlsəfənin insanların hər hansı bir sahədə müvəffəqiyyətli olmasına kömək edəcəyini söyləyir. İlk dəfə 1970-ci ildə nəşr olunan Düşün və Varlan kitabı elə həmin il 20 milyondan çox satılıb, eyni zamanda, 2015-ci ilə qədər dünya səviyyəsində 100 milyon nüsxə satılıb. BusinessWeek jurnalının Ən çox satılanlar siyahısında nəşr olunduqdan 70 il sonra belə ən çox satılan iş kitabı oldu. Bu kitab Con C. Maksvelin Ömür Boyu "Must Read" Kitab Siyahısında da öz yerini tutub.
Biznes model quruculuğu
Biznes Model Quruculuğu dünyanın qabaqcıl şirkətlərinin istifadə etdiyi güclü və tətbiqi innovasiya texnikalarını öyrədir. Bu kitabla yeni bir biznes modelinin necə qurulacağını, necə həyata keçiriləcəyini, köhnə modelin necə analiz ediləcəyini və ya yenilənəcəyini öyrənəcəksiniz. Yeni və yaradıcı modelləri mənimsəməyə hazır olan rəhbər, məsləhətçi, sahibkar və liderlər bu kitabdan biznes modellərini anlamaq, dizayn etmək və həyata keçirməkdə faydalana biləcəkləri güclü və sadə vasitələr tapacaqlar. Əgər sizin şirkət yeni reallığa adaptasiya olmaq istəyirsə, ancaq rəqiblərdən önə çıxaracaq strategiyası yoxdursa, “Biznes model quruculuğu” kitabını mütləq oxumalısınız.
Rəqabət strategiyası. Rəqib analizi metodları
Rəqabət strategiyası kitabı sektor üzrə rəqabətin araşdırılması, həmçinin uğurlu şirkətlərin strategiyalarının təsvirindən ibarətdir. Bu strategiya nəinki bazarda necə rəqabət aparmaq barədə dəyərli məlumat verir, həmçinin rəqib şirkətlər barəsindəki məlumatı istifadə edərək onları öz oyunlarında necə qabaqlaya biləcəyinizi göstərir.
Biznes dünyasının macəraları
Biznesdə uğur qazanmaq üçün aparıcı professionalların necə müvəffəqiyyət qazandığnı və ya uğursuzluğa düçar olduğunu araşdırmaq lazımdır. Bu kitab sizə digərlərinin səhvləri üzərində öyrənməyə kömək edəcək. Kitab sizdə ötən əsrin bir sıra ən önəmli iqtisadi, maliyyə və biznes hadisələrinin epizodları barəsində hərtərəfli təsəvvür yaradacaq.
Bu kitabı oxuduqdan sonra Bill Geytsin ona Uoren Baffet tərəfindən hədiyyə edilən “Biznes dünyasının macəraları” kitabını nə üçün özünün bütün dövrlər üçün ən sevimli kitabı adlandırdığını da biləcəksiniz.