Sorğu üzrə axtarış nəticələri "%20%F0%9F%94%8D%20Ivermectin%206mg%20Otc%20Uk%20%F0%9F%8F%86%20www.Ivermectin-6mg.com%20%F0%9F%8F%86%20Buy%20Ivermectin%2012mg%20Online%20%F0%9F%A6%87%20Ivermectin%20Otc%20Canada%20%7C%20Where%20To%20Buy%20Ivermectin%20For%20Humans%20Canada"
Yaxşıdan Mükəmmələ
[ İlk dəfə azərbaycan dilində! ]
Cim Kolins bu kitabda yaxşı bir şirkəti mükəmməl şirkətə çevirməyin yollarından bəhs edir. Onun fikrincə, bu zaman şirkətlərin qarşısındakı ən böyük maneə olduqları vəziyyətlə kifayətlənməkdir. Müəllif kitabda bu məsələni analiz edir və mükəmməl şirkətə çevrilmək üçün lazım olan fəaliyyətləri şərh edir.
Şirkətinizi yaxşıdan mükəmmələ çevirmək istəyirsinizsə, bu kitab məhz sizin üçündür.
Sıfırdan Birə: Stratup-lar haqqında qeydlər və ya Gələcəyi yaratmağın yolları
Facebook, Microsoft, Paypal, Instagram, Twitter, Linkedin, Whatsapp kimi bir startup fikriniz var, amma bunu necə həyata keçirəcəyinizi bilmirsiniz? PayPal-ın qurucularından və Facebookun sərmayəçilərindən biri olan investor Piter Tiel həmin problemin həllini oxuyacağınız bu kitabda verir. Müəllifin fikrincə, yeni bir şey etməkdənsə, mövcud olanı kopyalamaq həmişə daha asandır. Əvvəllər bildiyimiz bir işi görmək dünyanı 1-dən n-ə aparır. Ancaq yeni bir şey etdikdə 0-dan 1-ə gedirsiniz. Və uğur qazanmaq üçün bu yolu izləmək lazımdır.
Futbolka və Kostyum: Yaradıcı biznesə aparan bələdçi
Bu kitab Biznes və Yaradıcılığın birlikdə fəaliyyətinin mümkünlüyü haqqındadır. Müəllif kitabda çoxsaylı qiymətli ideyalar və məsləhətlər verir, biznes elementlərini şərh edir, həmçinin nümunələr göstərir. Kitab əsasən kiçik və yeni fəaliyyətə başlayan müəssisələr üçün nəzərdə tutulub. Əgər siz marketinq, dizayn və ya ümumiyyətlə yaradıcılıqla maraqlanırsınızsa bu qısa məzmun məhz sizin üçündür.
Yuxuların yozumu
Bu mühüm əsərində Freyd göstərir ki, hətta ən mürəkkəb yuxular belə asanlıqla şərh edilə bilər. Freyd kitabında yuxunun arzunun reallaşdırılması, yaxud istəyin doyurulması olduğunu qeyd edir. Yuxuların oyanıq həyatla əlaqəsi, nələrin yuxuya çevrilməsi, onların səbəblərinin nələr olduğu, yuxuları niyə unutduğumuz, yuxuların psixologiyamıza təsiri, yuxularla ruhi xəstəliklər arasındakı əlaqələr kitabın əsas mövzularıdır. Yuxularımızı anlaşılmaz bir vəziyyətə gətirmək üçün hansı simvollaşdırmalardan, yerdəyişmələrdən və illuziyalardan istifadə etdiyimizdən bəhs edərkən, həm də öz psixoanalitik tədqiqatlarından nümunələr göstərir.