Sorğu üzrə axtarış nəticələri "%20%F0%9F%94%A5%20Ivermectin%2012mg%20Pills%20%F0%9F%8D%80%20www.Ivermectin-OTC.com%20%F0%9F%8D%80%20Is%20Ivermectin%20Otc%20Over%20The%20Counter%20%F0%9F%8E%87%20Order%20Ivermectin%203mg%20Uk%20-%20Stromectol%2012mg%20Tablets%20Usa"
Bir Tək Şey
Bir Tək Şey hədəfinizi tapmaq və bu hədəfə çatmaq üçün sizə lazım olan vasitələr haqqında bir kitabdır. Hədəflərə çatmaq məsələsi ilə bağlı danışılanların əksəriyyətinin mifdən ibarət olduğunu düşünən müəlliflər, uğur qazanmaq üçün lazımsız fikirlərdən və işlərdən azad olub, ən vacib məsələ üzərində fokuslanmağı tövsiyə edir. Uğura aparacaq bir tək şeyin nə olduğunu öyrənmək istəyirsinizsə, bu kitabı mütləq oxumalısınız.
Bütün xəstəliklərin şahı: Xərçəngin bioqrafiyası
2011-ci il Pulitzer mükafatının sahibi olan “Bütün Xəstəliklərin Şahı” əsəri möhtəşəm bir xərçəng “bioqrafiyasıdır”: O xəstəliyin ilk dəfə rast gəlindiyi minlərlə il əvvəldən onu müalicə etmək, nəzarətdə saxlamaq və məğlub etmək üçün mübarizənin aparıldığı 20-ci əsrə və xəstəliyə tamamilə yeni aspektdən yanaşdığımız müasir dövrümüzə qədər bütün dövrləri əhatə edir. “Bütün Xəstəliklərin Şahı” xərçəngin sirrini tapmaq üçün çalışaraq, insanlara ümid və aydınlıq verən, cəlbedici, təsirli və çox vacib bir kitabdır.
Hər şeyə rəğmən bacaranlar
Kitabda adları çəkilən insanların hər biri bu və ya digər şəkildə müvəffəqiyyət qazanan insanlardır. Onların hər biri həyatda çoxsayılı bədbəxtlik və uğursuzluqlarla qarşılaşıb, ancaq buna baxmayaraq, heç vaxt vaz keçməyib və nəticədə uğur qazanıblar. Bu kitab sizə tanıdığınızı düşündüyünüz insanların müvəffəqiyyət hekayələrini danışır..
Siz də bacara bilərsiniz! Yetər ki, istəyin..
Dahilər və digərləri: Bəzi insanlar niyə daha çox uğur qazanır?
Müvəffəqiyyətli insanlar haqqında danışılan bir hekayə var və həmin hekayədə onların ağıllı və həvəsli olduğu deyilir. Malkolm Qladvel isə bu kitabında müvəffəqiyyətin real hekayəsinin bundan xeyli fərqli olduğunu və bəzi insanların niyə müvəffəqiyyətli olduğunu anlamaq üçün onların ətrafına daha diqqətli baxmalı olduğumuzu iddia edir. Məsələn ailələri, doğum yerləri və hətta doğum tarixləri ... Müvəffəqiyyətin bu hekayəsi hamının düşündüyündən daha mürəkkəb və maraqlıdır.
Heç vaxt tək yemə
Müəllif uğur və uğursuzluq arasında incə bir xətt olan əlaqələrinin gücünün vurğulandığı “Heç vaxt tək yemə” kitabını 2005-ci ildə yazıb və kitab uzun müddət ABŞ-da ən çox satılan kitablar siyahısında qalıb. Kitabdan öyrənməli olduğumuz ilk məsələ, insanlarla münasibət qurarkən öz mənafelərimizi fikirləşmək əvəzinə, onların fəaliyyətinə necə dəyər əlavə edəcəyimizi düşünməli olduğumuzdur. Keyt Ferrazi rəhbər və konsultant olaraq yaşadığı hadisələri səmimi bir dillə kitabda əks etdirib.
Sapiens: İnsan növünün qısa tarixi
Akademik, tarixçi Yuval Noah Harari tərəfindən yazılan “Sapiens - İnsan növünün qısa tarixi” uzun müddətli tədqiqatların nəticəsidir və 30-dan çox dilə tərcümə edilib.
Kitab aşağıdakı suallara cavab verir:
- Necə oldu ki Homo Sapiens ekoloji qatilə çevrildi?
- Qadınlar yüksək sosial bacarıqlara sahib olduğu halda, niyə uzun illər cəmiyyətdə kişilərin rolu üstün oldu?
- Gələcəyin dini elmdir?
100 min il əvvəl Yer kürəsində ən azı altı fərqli insan növü var idi. Dövrümüzdə isə yalnız Homo Sapiens var. Digərlərinə nə oldu və bizə nə olacaq?
İnan mənə, yalan deyirəm
Ryan Holidey oyunu qaydalarına uyğun olaraq oynayan bir marketinq mütəxəssisidir. O, müasir dövrün ən güclü manipulyasiya vasitəsi olan medianı istifadə etməyin yollarından danışır. Bu kitabı oxuduqdan sonra biləcəksiniz ki, niyə görə nifrət yaradan, mübahisəli xəbərlər, məqalələr daha çox populyarlıq yaradır. Niyə görə müasir dövrdə PR menecerə daha çox tələbat var? Tənqidçilərin fikrincə, yaxşı bir media mütəxəssisi olmaq istəyən hər kəs mütləq bu kitabı oxumalıdır.
Yaxşıdan Mükəmmələ
[ İlk dəfə azərbaycan dilində! ]
Cim Kolins bu kitabda yaxşı bir şirkəti mükəmməl şirkətə çevirməyin yollarından bəhs edir. Onun fikrincə, bu zaman şirkətlərin qarşısındakı ən böyük maneə olduqları vəziyyətlə kifayətlənməkdir. Müəllif kitabda bu məsələni analiz edir və mükəmməl şirkətə çevrilmək üçün lazım olan fəaliyyətləri şərh edir.
Şirkətinizi yaxşıdan mükəmmələ çevirmək istəyirsinizsə, bu kitab məhz sizin üçündür.
Çevik satış: Davamlı dəyişən dövrdə vacib satış bacarıqları
Bu kitab sizə işinizdə əsas vərdişləri, effektiv satış üsullarını təyin etməkdə, satış sahəsində inkişafınızı əngəlləyən problemlərin yeni həllərini tapmaqda və məhsuldar olmaqda yardımçı olacaq. Nəticə? Əgər siz satış menecerisinizsə - siz hər hansı problemi həll etməkdə, yeni bazarlarda yeni müştərilərlə və yeni məhsullarla fəaliyyətdə əsl ekspert olacaqsınız. Əgər siz rəhbərsinizsə - sizin komandanız daha məhsuldar çalışmağa başlayacaq və satış göstəricilərini daima yüksəldəcək.
Bir dəqiqəlik menecer
Blançard və Conson bu kitabda uğurlu menecer olmağın üç əsas sirrindən bəhs edir. Onlar: Bir Dəqiqəlik Hədəf, Bir Dəqiqəlik Tərif və Bir Dəqiqəlik Xəbərdarlıqdır. Bu sadə və asan idarəetmə sirrlərini öyrənmək sizə gəlirlərinizi, məhsuldarlığınızı və əzminizi artırmağa kömək edəcək.