Sorğu üzrə axtarış nəticələri " 🔍 Ivermectin 6mg Otc Uk 🏆 www.Ivermectin-6mg.com 🏆 Buy Ivermectin 12mg Online 🦇 Ivermectin Otc Canada | Where To Buy Ivermectin For Humans Canada"
Biznes dünyasının macəraları
Biznesdə uğur qazanmaq üçün aparıcı professionalların necə müvəffəqiyyət qazandığnı və ya uğursuzluğa düçar olduğunu araşdırmaq lazımdır. Bu kitab sizə digərlərinin səhvləri üzərində öyrənməyə kömək edəcək. Kitab sizdə ötən əsrin bir sıra ən önəmli iqtisadi, maliyyə və biznes hadisələrinin epizodları barəsində hərtərəfli təsəvvür yaradacaq.
Bu kitabı oxuduqdan sonra Bill Geytsin ona Uoren Baffet tərəfindən hədiyyə edilən “Biznes dünyasının macəraları” kitabını nə üçün özünün bütün dövrlər üçün ən sevimli kitabı adlandırdığını da biləcəksiniz.
Altı şlyapa nəzəriyyəsi
Altı şlyapa metodu – ingilis yazıçısı, psixoloqu və yaradıcı təfəkkür sahəsində mütəxəssis olan Edvard de Bononun hazırladığı ən səmərəli üsuldur. Bu kitabda müəllif kollektiv və şəxsi əqli fəaliyyəti strukturlaşdırmaqda yardımçı olan və bu fəaliyyəti produktiv edən yolları təsvir edir.
Fərdi MBA kursu
Müəllif cəmi bir kitabla sizə iki ildə öyrənəcəyiniz bilikləri verir. Hər müvəffəqiyyətli işin əsasını təşkil edən universal prinsipləri öyrənin, sonra isə pul qazanmaq, daha çox iş görmək və həyatınızda və işinizdə daha çox əylənmək üçün bu fikirləri istifadə edin.
Biznes model quruculuğu
Biznes Model Quruculuğu dünyanın qabaqcıl şirkətlərinin istifadə etdiyi güclü və tətbiqi innovasiya texnikalarını öyrədir. Bu kitabla yeni bir biznes modelinin necə qurulacağını, necə həyata keçiriləcəyini, köhnə modelin necə analiz ediləcəyini və ya yenilənəcəyini öyrənəcəksiniz. Yeni və yaradıcı modelləri mənimsəməyə hazır olan rəhbər, məsləhətçi, sahibkar və liderlər bu kitabdan biznes modellərini anlamaq, dizayn etmək və həyata keçirməkdə faydalana biləcəkləri güclü və sadə vasitələr tapacaqlar. Əgər sizin şirkət yeni reallığa adaptasiya olmaq istəyirsə, ancaq rəqiblərdən önə çıxaracaq strategiyası yoxdursa, “Biznes model quruculuğu” kitabını mütləq oxumalısınız.
Düşün və Varlan
Düşün və Varlan 1937-ci ildə Napoleon Hill tərəfindən yazılıb və fərdi inkişaf kitabı olaraq tanıdılıb. Kitabın böyük qisimi gəlir artımı ilə əlaqədardır. Müəllif, həmçinin, kitabda öyrədilən fəlsəfənin insanların hər hansı bir sahədə müvəffəqiyyətli olmasına kömək edəcəyini söyləyir. İlk dəfə 1970-ci ildə nəşr olunan Düşün və Varlan kitabı elə həmin il 20 milyondan çox satılıb, eyni zamanda, 2015-ci ilə qədər dünya səviyyəsində 100 milyon nüsxə satılıb. BusinessWeek jurnalının Ən çox satılanlar siyahısında nəşr olunduqdan 70 il sonra belə ən çox satılan iş kitabı oldu. Bu kitab Con C. Maksvelin Ömür Boyu "Must Read" Kitab Siyahısında da öz yerini tutub.