Sorğu üzrə axtarış nəticələri " 🦇 Ivermectin For Humans Canada 💚 www.Ivermectin-OTC.com 💚 Ivermectin 12 Mg Usa 🔵 Oral Ivermectin For Humans Uk - Order Ivermectin 12 Mg Online Uk"
Üç yaş artıq gecdir
Müəllif düşünür ki, balaca uşaqlar nə istəsələr öyrənə bilərlər. Onun düşüncəsinə görə böyüklərin çətinliklə qavradığı informasiyanı, körpələr oyun kimi qəbul edib daha tez öyrənirlər. Kitab müxtəlif üsullarla, yollarla körpələri bu prosesə necə cəlb etməkdən söhbət açır. Bu kitab balaca körpəsinin inkişafında maraqlı olan bütün ana və atalar üçündür. Kitab xüsusən uşaq planlaşdıran analar üçün maraqlı olacaq.
Biznesdə yeni dəb
“Biznes yeni dəbdə” kitabı – müasir biznesin manifestidir. Müəlliflər əmindirlər ki, şirkətin korporativ dünyası talantın yaşaya biləcəyi, kreativ fikirlərin yarana biləcəyi bir yerə çevrilməlidir. “Biznes yeni dəbdə” kitabı – Yeni iqtisadiyyatın dilini və qaydalarını öyrənmək istəyənlərin stolüstü kitabıdır.
Rework: Streotipləri sındıran biznes
Əksər kitablar sizə demək olar ki, eyni məsləhətləri verir: biznes planı hazırlamaq, rəqabət mühitini öyrənmək, investor axtarmaq və s. Əgər siz belə bir kitab axtarırsınızsa, bu kitabı kənara qoymağınız məsləhətdir, çünki əlinizdə olan bu kitab cəmiyyətdə qəbul edilmiş bütün fikirlərə ziddir.
Rework sizə biznesdə uğur qazanmağın daha optimal, tez və sadə yollarını göstərəcək. Oxuyun və öyrənin ki, planlar nəyə görə mənasızdır, nəyə görə investor cəlb etmək düzgün yol deyil və nəyə görə rəqabətə məhəl qoymamağınız məsləhətdir. Əslində biznesə başlamaq üçün sizə düşündüyünüzdən daha az şey lazımdır. Çoxsayılı görüşlərə vaxt ayırmağa, hətta ofis tutmağa belə ehtiyac yoxdur. Sizə yalnız və yalnız boş-boş danışıqları buraxıb, işə başlamaq lazımdır.
Varlı ata, kasıb ata
Müəlliflər əmindirlər ki, şagirdlər məktəbdə pul haqqında lazımi bilikləri əldə etmirlər və sonradan bütün həyatı boyu pulu istifadə etmək əvəzinə, onun üçün işləyirlər. Onlar oxucuya bu ciddi problemə başqa nöqteyi-nəzərdən baxmağı və uşaqları maliyyə çətinliyi ilə üzləşmədən öncə pulla davranış qaydasını öyrətməyi təklif edirlər.
Emosional Zəka - Niyə IQ-dən daha vacibdir?
Dr. Daniel Qoleman psixologiya sahəsində yenilik yaradan bu kitabında, “EQ” - nün IQ - dən daha vacib olduğunu sübut edir. Müəllifin tədqiqatlarına görə, emosional zəka insanın bütün fəaliyyətinə təsir edir və onun yoxluğu insanın həm şəxsi, həm də iş həyatında uğur qazanmasına, ictimai münasibətlərinə və sağlamlığına mənfi təsir göstərir. Müəllifin fikrincə, emosional zəka anadangəlmə deyil, fəaliyyət və vərdişlər nəticəsində qazanılır.
Çevik satış: Davamlı dəyişən dövrdə vacib satış bacarıqları
Bu kitab sizə işinizdə əsas vərdişləri, effektiv satış üsullarını təyin etməkdə, satış sahəsində inkişafınızı əngəlləyən problemlərin yeni həllərini tapmaqda və məhsuldar olmaqda yardımçı olacaq. Nəticə? Əgər siz satış menecerisinizsə - siz hər hansı problemi həll etməkdə, yeni bazarlarda yeni müştərilərlə və yeni məhsullarla fəaliyyətdə əsl ekspert olacaqsınız. Əgər siz rəhbərsinizsə - sizin komandanız daha məhsuldar çalışmağa başlayacaq və satış göstəricilərini daima yüksəldəcək.
Yüksək effektli insanların 7 vərdişi
Əlinizdə olan bu kitab 73 ölkədə və 29 dildə 10 mln-dan çox nüsxə ilə satılmış unikal bir kitabdır. “New York Times” qəzeti onu “beynəlmiləl №1 bestseller”, ABŞ-ın keçmiş prezidenti Bill Klinton isə uğur əldə etmək istəyən hər bir kəsin stolüstü kitabı adlandırır. Sizcə, Stefan Kovinin “Yeddi vərdiş” kitabı effektivlik, psixologiya və idarəetmə haqqında çox sayda müxtəlif ədəbiyyatların olmasına baxmayaraq nəyə görə şərq və qərb publikasının qəlbini fəth edib?
Dostları qazanmaq və insanlara təsir etmək üsulları
“Dostları qazanmaq və insanlara təsir etmək üsulları” – Deyl Karneqinin 12 noyabr 1936-cı ildə işıq üzü görmüş və dünyanın bir çox dillərinə tərcümə olunmuş ən məşhur kitabıdır. Kitab praktiki məsləhətlər və həyati hadisələrin toplusudur. Bir ildən də az bir müddətə milyondan çox nüsxə satılan bu kitab on il ərzində “TheNewYorkTimes” qəzetinin ən çox satılan kitab siyahısında yer alıb (müəllif həyatda olduğu müddətdə ABŞ-da 5 milyondan çox nüsxə satılıb).
Müharibə sənəti
Sun Tszı sadəcə bir kitab deyil, həmçinin öz dövrünü qabaqlayaraq indiki dövr üçün aktual olan ilk hərbi traktatı da yazıb. “Müharibə incəsənəti” - casusluğun nəzəri təməli olan ilk kitabdır (uzun müddət bu mövzuda olan yeganə kitab olub). Bundan başqa kitabda ilk dəfə olaraq rəqiblə qarşıdurmada xaos yaratmaqla effektiv mübarizədən söhbət açılır. Qeyd etmək lazımdır ki, Puankare, Kolmoqorov, Arnold və Mozes kimi alim riyaziyyatçılar Xaos nəzəriyyəsinə ilk dəfə olaraq XX əsrdə müraciət ediblər.
Partizan marketinqi. Kiçik xərclərlə gəlir əldə etmə üsulları
İlk dəfə 1984-cü ildə dərc edilən kitab marketinqin klassikasına aid edilir və marketoloqlar tərəfindən oxunması məcburidir. Kitabda bəhs olunan strategiya kiçik şirkətlərin cüzi marketinq büdcəsi ilə necə kreativlik işlədərək daha güclü və böyük rəqiblərlərlə rəqabət apara bilməsini haqqındadır. Levinson yeni kitabında partizan fəndlərinin siyahısını böyüdərək, həmçinin internet sahəsinin istifadəsini də siyahıya salıb. Bu kitab milyon tirajlarla çap edilmiş, Levinsonun partizan marketinq kursu isə MBA təhsil proqramına salınmışdır.