Azərbaycanın xarici bazara çıxan yeni layihəsi
Qeyri bədii ədəbiyyatın elektron formatda “tez və rahat” oxumağa imkan verən Azərbaycanın ilk və yeganə internet layihəsi olan www.Readit.az saytını diqqətinizə çatdırırıq. ReadIt geniş miqyaslı və unikal bir layihədir. O, Azərbaycanın hüdudlarından kənar çıxan ilk yerli startuplardan biridir. Layihə biznes ədəbiyyatı oxucularına Azərbaycan, Rus, İngilis və Gürcü dillərində təqdim etməklə öz əhatəsini Gürcüstan, Rusiya, Ukrayna və Şərqi Avropanın İngilis dilli auditoriyasının sərhədlərinədək genişləndirməyi hədəfə almışdır.
Layihənin unikallığı və aktuallığı ondan ibarətdir ki, oxucular nəinki lazımi biznes və ya digər qeyri bədii ədəbiyyatının axtarışına vaxt sərf etmir, ən əsası onun oxunmasına sərf olunan vaxta qənaət edir.
Məhz müasir insanın ən qiymətli aktivi – vaxtı nəzərə alaraq, Readİt layihəsinin yüksək ixtisaslı beynəlxalq komandası sizin şəxsi və peşəkar yüksəlişiniz üzərində işin maksimum asan, tez və əyləncəli olmasını təmin etmək məqsədilə bu layihəni yaratdı. İl ərzdində dünyada, bizim “must read” hesab etdiyimiz yüzlərlə faydalı kitab dərc olunur. Lakin onlardan neçəsini oxumuşuq, və ya oxumağa başlayıb sona çatdırmamışıq? “Oxumamağımızın” və ya “sona çatdırmamağımızın” səbəbləri müxtəif ola bilər, lakin ən əsas səbəb – vaxt və kitabın əldə olunması prosesidir. Məhz buna görə də, layihənin məqsədi qeyri bədii ədəbiyyatı yığcam və asan anlaşılan şəkildə təqdim etməkdir.
Readİt, dünya üzrə bütün dövrlərin ən yaxşı və faydalı bestseller kitablarının xülasəsini (“summary”) özündə cəmləmişdir. Qısa məzmunlu mətnlər kitabın əsas və qiymətli ideyalarını əks etdirir və 8-15 səhifədən ibarətdir. “Read IT”-də qısa məzmunlu kitabları oxumaqla siz minimum vaxt ərzində müəlliflərin bilik və təcrübəsinə, məsələnin mahiyyətinə yiyələnəcəksiniz. Əldə etdiyiniz bilikləri daha da möhkəmləndirmək üçün bəzi kitabların xülasəsi əsasında test tapşırıqları da hazırlamışıq. Bu testlər sizin və əməkdaşlarınızın kitabın əsas ideyasını nə dərəcədə qavradığını yoxlamağa imkan verir. Onu da qeyd etmək lazımdır ki, saytda təqdim olunan kitabların çoxu, Azərbaycan və Gürcü dillərində heç vaxt dərc olunmayıb, bəziləri isə hətta Rus dilində də işiq üzü görməyib.
Öz oxucularını mütəmadi olaraq yeni bestseller kitablarla operativ təmin etmək məqsədilə, Readİt komandası, “professional və şəxsi inkişafın heç bir hüdudu yoxdur” prinsipinə əsaslanaraq, öz unikal kitabxanasını hər həftə yeni kitablarla zənginləşdirməyə söz verir.
www.readit.az layihəsində təqdim olunan kateqoriyalara əsaslanaraq deyə bilərik ki, xidmət ilk növbədə, bütün menecer və rəhbərlər, bugünkü və gələcək sahibkarlar, əməkdaşlarının peşəkar və şəxsi inkişafına dəyər verən şirkətlər və müvafiq profilli ali məktəb tələbələri üçün nəzərdə tutulub. Layihə həmçinin dünyagörüşünü artırmaq istəyən savadlı şəxslər və ya sadəcə işgüzar dilini inkişaf etdirmək istəyənlər üçün də ideal vasitədir.
Kitabxanadan yalnız elektron formatda və sayta abunə olmaqla istifadə edə bilərsiniz. Pulsuz xülasəni oxuyub abunə olmağa qərar vermək üçün saytda qeydiyyatdan keçin. Aylıq abunə haqqı 9.90$-dan başlayır. Öz əməkdaşlarının inkişafına dəyər verən şirkətlər üçün isə www.readit.az korporativ abunə paketi də təklif edir.
Sizi, daim yüksələn peşəkarlar komandasında görməyə şad olarıq!